Bakının mərkəzində, Nizami küçəsində, Fəvvarələr meydanı deyilən ərazidə 2 gənc dekabr ayı, soyuq olmasına baxmayaraq geyimlərini soyunaraq əllərində bıçaqla özlərinə xəsarət yetiriblər.
Oxu24.com REAL-a istinadən xəbər verir ki, onların bu hərəkətindən çəkindirməyə çalışan ətrafdakı insanları da bıçaqla təhdid ediblər. Polisin xəbərdarlığına məhəl qoymayan xuliqanlar, tabe ol əmrindən boyun qaçırıblar. Soyuq silahı əlindən buraxmayan iki gənc hətta polisə də yaxınlaşacağı təqdirdə onlara xəsarət yetirəcəyini bildiriblər.
Bir neçə dəqiqəlik xəbərdarlıqdan sonra polis iki xuliqanı saxlayıb və asayiş bərpa olub.
Oxu24.com
ŞƏRHLƏR