Sosial mediada Bakıda metro tikintisində problem yarandığı, işlərin dayandırıldığı haqda məlumat yayılıb.
Oxu24.com xəbər verir ki, söhbət Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində, “Papanin” kimi tanınan ərazidə illərdir tikilməkdə olan metro stansiyadan gedir. İddia olunur ki, həmin ərazidə tunel inşası zamanı həddindən artıq qrunt suları çıxıb. Nəticədə tikinti işləri dayandırılıb.
Məsələ ilə bağlı açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyilənlərin həqiqət olmadığını bildirib:
“Bilirsiniz, metro stansiyalarının inşası çətin prosesdir. Bütün işlər plan əsasında aparılır. Bəzən olur ki, inşat işləri zamanı qrunt suları çıxır. Buna qarşı müəyyən tədbirlər görülür. Hazırda həmin ərazidə bütün işlər plan üzər davam edir. Heç bir problem yoxdur”.
Oxu24.com
ŞƏRHLƏR