Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20221
az

Növbə ona çatdı? Kəmaləddin Heydərov üçün gerisayım başladı: Yola salınır

23:3604 Dekabr, 2019
3511
SİYASƏT
  • A

Prezident İlham Əliyevin başlatdığı kadr islahatları Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdan da yan keçməyə bilər. 
 

Yenisabah.az xəbər verir ki, artıq bu barədə məlumatlar dövriyyəyə buraxılıb. Kəmaləddin Heydərovun nəzarətində olduğu bildirilən "Gilan Holdinq”in məhkəməyə verilməsi, "Benkons Group”un Bosniyada tikdiyi 30 milyon avroluq layihəsini başa çatdıra bilməməsi, Tatarıstanda isə 85 milyon dollarlıq iki layihəsinin iflasa uğradığı barədə yayılan məlumatlar Fövqəladə Hallar nazirinin yola salınacağı ilə izah edilir. 

Kəmaləddin Heydərov 24 ildir ki, yüksək vəzifədədir. O, 1995-ci ildən 2006-cı ilə qədər Dövlət Gömrük Komitəsinin sədri, 2006-cı ildən indiyədək isə Fövqəladə Hallar naziridir.
Fövqəladə Hallar Nazirliyi (FHN) ən iri dövlət qurumlarından biridir. FHN-in Aparatına 14 idarə, strukturuna 23 qurum daxildir. Bundan başqa, FHN-nin 9 regional mərkəzi var. Bu səbəbdən bəzən media Kəmaləddin Heydərov "föqvəlnazir” kimi təqdim edilir.

Fövqəladə Hallar naziri oliqarx-məmur qrupunun ən öndə gedən simalarından biridir. O, рəm də ən odioz monopolist kimi tanınır. Ona görə də islahat dalğasının Fövqəladə Hallar nazirinin karyerasına son qoyacağı barədə ehtimalların təsdiqi tapacağı gözləniləndir. 
Bəzi iddialara görə, Kəmaləddin Heydərov keçmiş nəqliyyat naziri Ziya Məmmədov kimi yola salına bilər. Yəni, əvvəlcə FHN-nin səlahiyyətləri əlindən alınır, daha sonra isə ləğv edilir və Kəmaləddin Heydərov da Ziya Məmmədov kimi işsiz qalır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkələrin səfirləri Gürcüstan XİN-ə çağırıldı
Paşinyan ermənilərə “yeni dövlət” təklif etdi
İran Suriyaya qoşun göndərə bilər

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Ərini öldürdü