Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2007
az

Azərbaycanlı kişi 2 uşağının anasını başqa kişilərə satıb -

13:2821 May, 2018
5281
KRİMİNAL
  • A
   Bakıda yaşayan və ibtidai sinif müəlliməsi işləyən 30 yaşlı Sevinc Kərimova 5 il əvvəl boşandığı əri tərəfindən fahişəliyə məcbur edilib. Qadın imtina etdikdə isə ölümlə hədələnib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, belə bir iddia ilə S.Kərimova çıxış edib. Qadının sözlərinə görə, reklam agentliyi sahibi olan və Türkiyədə yaşayan 34 yaşlı eks həyat yoldaşı Elmir A. bir ay əvvəl “təkrar evlənək” deyərək onu 8 və 6 yaşlı iki uşağı ilə Antalyaya aparıb:

“Keçmiş ərimdən şiddət gördüyüm üçün ayrılmışdım. Çənəmi və dişimi qırmışdı. Bu səbəbdən Azərbaycanda 1 il həbs yatmışdı. Bir ay əvvəl yanımıza gələrək “Sizin başınızda duracağam. Uşaqlarıma baxacağam. Hər şey çox gözəl olacaq, əşyalarını sat, Antalyaya gəl” dedi. İnandım, gəldim, amma bir müəllimə olaraq söyləməyə utandığım şeylərlə qarşılaşdım”.

Sevincin sözlərinə görə eks-əri evə yad kişilər gətirərək onu fahişəliyə cəlb etmək istəyib. Qadın iki uşağı ilə özünü otağa kilidləyərək təcavüzdən xilas ola bilib.

 
Elmir A. fahişəlik etmək istəməyən gənc qadını iki uşağının gözü önündə dəfələrlə döyüb, daha sonra saçlarından tutaraq binanın 11-ci mərtəbəsindən atmağa çalışıb. Keçmiş ərinin əlindən qurtulan qadın qonşulara sığınıb. Azərbaycanın Antalya və İstanbuldakı konsulluqlarına zəng edən qadın ölkəsinə dönmək üçün yardım istədiyini, lakin “bizim belə xidmətimiz yoxdur” cavabını aldığını söyləyir.

Daha sonra Sevinc polisə müraciət edib və Elmir A. haqqında uzaqlaşdırma qərarı çıxarılıb, cinayət işi açılıb.

Hadisədən sonra qaçan Elmir A.-nın Türkiyədə başqa bir azərbaycanlı qadınla evli olduğu ortaya çıxıb.

İki uşağı ilə ortada qalan azərbaycanlı qadına qonşular sahib çıxıb. Onun avtobus biletini alaraq Azərbaycana qayıtmasına yardım ediblər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zaqatalada qonaqların gözü qarşısında güllələnərək öldürülən Natavanın FOTOSU
Azərbaycanda DƏHŞƏT: kişi bacısına günlərlə ağır işgəncə verərək... - Hadisə yerindən VİDEO
Bakıda kafedə tüstülənmə oldu

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qonaqların gözü qarşısında güllələnərək öldürülən Natavanın FOTOSU