Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20064
az

Azərbaycanlı milyonçuların məşhur erməni varisi danışdı: "Azərbaycandanıq. Ailəmiz Bakıdandır”

12:5420 Noyabr, 2019
1604
DÜNYA
  • A


  Anam həmişə deyirdi ki, biz Azərbaycandanıq. Bizim ailəmiz Bakıdandır”.

“Bunlar aid olduğumuz torpaqda kökümüzün necə kəsildiyini mənə yenidən xatırladır”

“Qarabağla bağlı sizə deyə bilərəm ki, çox təəccüblü də olsa, mövcud situasiyalar bir gecədə də dəyişdirilə bilər”

“Birdən orada kiminsə Türk dilində danışdığını eşitdim. Həmin vaxt bərk sarsıntı keçirdiyimi yaxşı xatırlayıram”

“Mənim varlığımdan necə xəbər tutdunuz?!”

“Banin mənim doğma xalam idi. O, xəstə xarakterini gizlətməyə çalışdı”.

“Yəqin ki, Azərbaycanda  sizdən başqa mənim haqqımda heç kim bilmir. 29 mart 1969-cu ildən 4 oktyabr 2013-cu il tarixinə qədər “Souren Melikian” imzası ilə məşhur “International Herald Tribune”nun hər şənbə-bazar nömrələrində həftəlik sənət sütununda məqalə-araşdırmalarım nəşr olunub. Yəqin ki,  jurnalistlər arasından bəziləri yazılarımı oxuyub. Bəlkə də orada bir neçə nəfər də mənim yazlarımı oxuyub. 77 yaşıma çatmamışdan iki ay, bir gün öncə təqaüdə çıxdım. Yəqin ki, bəzi insanlar da muzey dünyası ilə bağlı “Əsədullah Suren Məlikian-Şirvani” imzası ilə yazdığım kitablarımı, fransızca məqalələrimi oxuyublar.  Göndərdiyiniz fotoşəkillə bağlı sualınıza cavab vermək istərdim. O, həqiqətən də mənim anam “Kowsar”(Kövsər) xanım Əsədullayevanın şəklidir. Banin mənim anamın ən  gənc bacısı idi. Sizə çoxlu suallarım var. Mənim varlığımdan necə xəbər tutdunuz? Mənim anamın qərbdə çəkilmiş şəklini necə tapdınız?”

https://hafiztimes.com/wp-content/uploads/2019/10/assadoullah-souren-melikian-chirvani-HafizTimes-1-768x442.jpg 768w, https://hafiztimes.com/wp-content/uploads/2019/10/assadoullah-souren-melikian-chirvani-HafizTimes-1.jpg 895w" sizes="(max-width: 506px) 100vw, 506px" style="font-size:17.6px;height:auto;">

Əsədulla Suren Məlikian Şirvani – Məşhur tarixçi, sənətşünas alim və jurnalist. İran incəsənəti və mədəniyyəti üzrə mütəxəssisdir. Hazırda Fransa Elmi Araşdırmalar Mərkəzinin “İnsan və cəmiyyət elmləri” (CNRS) şöbəsinin baş elmi işçisi, Sorbonna Paris Universitetinin professoru və Toronto (Kanada) şəhərində yerləşən Ağa Xan Muzeyinin (Aga Khan Museum) tədqiqatlar üzrə direktorudur. Məqalə və araşdırmaları 44  il ABŞ-ın nüfuzluİnternational Herald Tribuneqəzentində yayımlanıb. O, Azərbaycanlı məşhur  milyonçular Şəmsi Əsədullayev və Musa Nağıyevin nəticəsidir. Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri, milyonçu Mirzə Şəmsi oğlu Əsədullayevin qızı  Kövsər Əsədullayevanın yeganə oğludur. Qeyd edək ki, Suren Məlikianın anası Kövsər Əsədullayeva  Fransada yaşayıb-yaratmış məşhur azərbaycanlı yazıçı, 20-ci əsr Azərbaycan mühacirət ədəbiyyatı nümayəndəsi Ümmül Banu Əsədullayevanın (Banin) doğma bacısıdır. Hazırda 83 yaşı var. 

Əsədulla Suren Məlikian Şirvani eksklüziv olaraq HafizTimes.com-un suallarını cavalandırıb. O, müsahibə zamanı illərdir ki, gizli qalmış bir çox tarixi məqamlara aydınlıq gətirib. Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq ailəsinin fotolardan ibarət şəxsi arxivini də HafizTimes.com-a təqdim edib:

-“Lycee Condorcet”də orta təhsil aldım. 1954 və 1955-ci illərdə bakalavr təhsilinin ilk mərhələsini başa vurdum. 1960-cı ildə Paris Milli Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda (École des Langues Orientales) ərəb dili, 1961-ci ildə isə fars dili üzrə dərəcə aldım. Fransa hərbi dəniz qüvvələrində 18 aylıq hərbi xidmətimi başa vurduqdan sonra yenidən universitetə qayıtdım. 1966-cı ildə  Sorbonna Paris Universitetində  “Ərəb-fars dili və ədəbiyyatı üzrə magistr təhsili aldım. 1968-ci ilin iyul ayında Sorbonnanın Paris III bölməsində fars dili və ədəbiyyatı üzrə “doktorluq” (fəlsəfə doktoru) dərəcəsinə layiq görüldüm. 1972-ci ildə Sorbonnada ikinci dəfə doktorluq dissertasiyasını müdafiə etdim və Fransa Universitetlərində verilən ən yüksək dərəcəli doktorluq dərəcəsinə layiq görüldüm.

https://hafiztimes.com/wp-content/uploads/2019/10/assadoullah-souren-melikian-chirvani-HafizTimes-5.jpg 360w" sizes="(max-width: 242px) 100vw, 242px" style="font-size:17.6px;height:auto;">

-Uşaqlıq illərinizi necə xatırlayırsınız? Böyüdüyünüz ailəni necə təsvir edərsiniz?

-1936-cı ildə dekabrın 5-də Parisdə anadan olmuşam. Hələ lap uşaq ikən anam və atamla birlikdə Almaniyanın işğalı altında olan Fransanın paytaxtında yaşayırdıq. Mənim altı yaşım olanda atam ağır xəstəliyə düçar olmuşdu. Həmin vaxtlar çox çətin idi. Balaca bir evdə yoxsulluq içərisində yaşayırdıq. Anam Kövsər xanım və atam Kevork Melikiyana olan bağlılığım məni həyata daha dözümlü yanaşmağa məcbur edirdi. Mən onun aristokratik tərzinə, səxavətinə heyran oldum, çox gənc olsam da onun zəngin bir mədəniyyətə sahib olduğunu təqdir edirdim. Ancaq o, çox xəstə idi və təəssüf ki, mən anamla olan münasibətimi onunla qura bilmirdim.

https://hafiztimes.com/wp-content/uploads/2019/10/assadoullah-souren-melikian-chirvani-HafizTimes-9.jpg 350w" sizes="(max-width: 211px) 100vw, 211px" style="font-size:12.8px;height:auto;">

(Babam Ambartsum Melikian)

-Anamla hər cəhətdən çox dərin bir münasibətimiz vardı. Amma atamla belə deyildi. Çünki, o biri həyatda onunla belə münasibət qura bilməzdim. Atam 1945-ci ildə dünyasını dəyişmişdi. Bu elə də erkən bir ölüm deyildi.

Atamın mənə böyük bir təsiri olmuşdu. Atamdan mənə nəhəng bir tarixi kitabxana miras qalmışdı. Onun Orta Şərq qədim sivilizasiyalarının tarixinə olan marağı, ölümündən sonra kitabları vasitəsi ilə mənə ötürüldü.

Atam vəfat etdiyinə görə ailəm haqqında hər şeyi yalnız anamdan eşitdim. O, nadir hallarda mənə öz anası Ümmül Banunun ölümü haqqında danışardı. Deyirdi ki, həmin vaxt onun cəmi səkkiz yaşı olub. İllər ötməsinə baxmayaraq anam öz anasının ölümünü hər zaman dərin kədərlə xatırlayırdı. Onun “özünə nəzarət  masqası”nın altında gizlətməyə çalışdığı dərin kədəri hər zaman gözlərindən hiss olunurdu.

https://hafiztimes.com/wp-content/uploads/2019/10/assadoullah-shamsi-hafiztime.com-interview.jpg 768w" sizes="(max-width: 465px) 100vw, 465px" style="font-size:17.6px;height:auto;">

-Babanız Mirzə Əsədullayevi (Şəmsi Əsədullayevin oğlu) heç görmüsünüzmü? Onu necə xatırlayırsınız?

-Babam Mirzə Əsədullayevi heç vaxt görməmişəm. Çünki mən doğulmamışdan cəmi bir neçə ay öncə babam vəfat etmişdi. Mənim təəssüratlarıma görə, anam da daxil olmaqla digər üç bacısı da heç vaxt ataları ilə yaxın münasibətdə olmayıblar. Onun həyat yoldaşı Ümmül Banu çox gənc yaşda doğuş zamanı vəfat etmişdi. Bundan sonra o, dərhal “ossetian” xanımla ailə həyatı qurub və öz övladlarına  sevgi bəxş etməyib.

Dörd bacı eyni vaxtda alman, fransız və ingilis olan üç dayə tərəfindən tərbiyə edilib. Onlara görə bu dörd bacının hamısı Qərbi Avropa dillərinin hər 3-nü də bilməli idilər…

https://hafiztimes.com/wp-content/uploads/2019/10/assadoullah-souren-melikian-chirvani-HafizTimes-10.jpg 338w" sizes="(max-width: 290px) 100vw, 290px" style="font-size:17.6px;height:auto;">

“Bu portret 1905-ci ildə Bakıda yaşayan İtalyan bir rəssam tərəfindən çəkilib. Nənəm Ümmül Banu sonuncu qızını dünayaya gətirən zaman vəfat etmişdi. Həmin dünyaya gələn uşağa da ananın adını – Ümm Əl- Banin (Banine) adını qoyublar. Anam heç vaxt həmin rəssamın adını söyləmədi. Həmin rəssam Bakıda zəngin ailələrin portretlərini çəkirmiş. Bu portreti yalnız sizə göndərdim”.

-Şəmsi Əsədullayev sizin üçün kim olub?

-İran adətlərində çox nadir hallarda rast gəlinən qısaldılmış “Şəmsi” sözü, yəni “Şəms Əl Din Əsədullayev” mənim üçün yalnız bir addır. Mənə elə gəlir ki, o, anamın babası yox, ulu babası olub. Amma mən də səhv edə bilərəm… Anamın ailəsi ilə bağlı xatirələrini yazmadığıma görə böyük bir səhv etmişəm. Səbəb isə budur ki, onlar məni sıxıntılı bir itki hissi baş-başa qoyub tərk etdilər. Və bütün bunlar aid olduğumuz torpaqda kökümüzün necə kəsildiyini mənə yenidən xatırladır…

https://hafiztimes.com/wp-content/uploads/2019/10/assadoullah-souren-melikian-chirvani-HafizTimes-6.jpg 638w" sizes="(max-width: 455px) 100vw, 455px" style="font-size:17.6px;height:auto;">

-Valideynləriniz Əsədullayevlər ailəsinin həyatı barədə sizə nə danışırdılar? Bu ailənin faciəsinin səbəbi nə idi?

– 1920-ci ilin dekabrında rus ordusu Bakını yenidən işğal etdi və müstəqil “Müsavat” hökuməti dövrünə son qoyuldu. Ailəmizin evi, oradakı bir çox mühüm sənətkarlıq nümunələri, xüsusən də fars dilindəki əlyazmalar məhv edildi. İnsanların bir qismi müqavimət göstərmək məqsədi ilə ümidsiz bir cəhdlə dağlara çıxdılar. Anamın əmisi uşaqlarından yalnız biri 2-ci Dünya müharibəsinə qədər mübrizə apardı. Onun adının “Əli” olduğunu bilirdim. Mənə deyilənə görə, o,  1943-cü ildə döyüşdə öldü.

https://hafiztimes.com/wp-content/uploads/2019/10/souren-melikian-chirvani-hafiztimes.com-1-768x517.jpg 768w, https://hafiztimes.com/wp-content/uploads/2019/10/souren-melikian-chirvani-hafiztimes.com-1.jpg 769w" sizes="(max-width: 459px) 100vw, 459px" style="font-size:17.6px;height:auto;">

-Ümm-Əl-Banu, yəni məşhur xalanızı (Banin) necə xatırlayırsınız? O, necə bir həyat yaşayırdı? Tez-tez görüşdünüz? 

-Dörd bacının hamısı bir-birindən tamamilə fərqlənirdi. Ümm-Əl-Banu (digər adı “Banine”) daha çox qərbyönümlü oldu və özünü azad bir fransız ziyalısının personajında təqdim etdi. Hərçənd ki, mən bunda xüsusi bir inandırıcılıq görmədim.

`Banin İslama düşmən kəsildi`

-O, sərt yanları olan sürətli bir zəkaya sahib idi. Özü və dünya arasındakı dərin xəstə xarakteri gizlətməyə çalışdı. O, öz irsini acıqla rədd etdi və İslama açıq bir düşmənçilik nümayiş etdirdi. Nəticədə bu məni ondan uzaqlaşdırdı.

Banin Parisin 16-cı “arrondissement”də və ya “40 rue Lauriston”da bir mənzildə yaşayırdı. Deyə bilmərəm ki, onun hansısa bir düşüncəsi məni daha çox təsirləndirib. Fəlsəfəyə meyilli deyildi. Xüsusi ilə şəxslərə və situasiyalara reaksiya verirdi.

Qeyd etməliyəm ki, anam həmişə bacısının, yəni xalamın “Banine” imzası ilə yazdıqlarını götürməməyim barədə mənə ciddi xəbərdarlıq etmişdi. Ümm Əl-Banu, ərəbcə “Umm al-Banin” yəni “İki nəvənin anası” kimi (Həsən və Hüseyni nəzərdə tuturam) tərcümə olunur. O,  Bakıdan gedəndə çox gənc idi, fransız intellektual mühitinə xitab edən və Qafqaz xalqlarının düşüncələrini qərəzli əks etdirən formada ailəmizin rəsmini dünyaya təqdim etdi.

https://hafiztimes.com/wp-content/uploads/2019/08/christen-petit-weziroff-hafiztime.com-interview-11.jpg 460w" sizes="(max-width: 480px) 100vw, 480px" style="font-size:12.8px;height:auto;">

(Sürəyya Əsədullayevin jurnalist oğlu Tommi Franklin)

-Xalanız Sürəyya Əsədullayevanı necə xatırlayırsınız? Onun oğlu,  jurnalist Tommy Franklin haqqında bilmək istərdik. Onunla heç görüşürdünüz?

-Tommi Franklinin həyatı haqqında çox az şey bilirəm,  “Süriyə”nin oğlu idi. Onun adı “Sorayya” kimi səsləndirilirdi.  Həyat yoldaşı Vəziri idi.  “Tony Franklin”nin əsl adı Fərrux idi.  Fransada radioda müxbir olaraq çalışırdı.

Sürəyya bacısı Kübra xalama çox bağlı idi.  O, ürəyində dərin kədər olan bir xarakterə sahib idi. Şən zarafatları ilə həmişə bunu gizlətməyə çalışırdı.

https://hafiztimes.com/wp-content/uploads/2019/10/assadoullah-souren-melikian-chirvani-HafizTimes-3.jpg 657w" sizes="(max-width: 453px) 100vw, 453px" style="font-size:17.6px;height:auto;">

-Dayınız Şəmsi Əsədullayevlə (Mirzə Əsədullayevin ikinci həyat yoldaşından olan oğlu) heç görüşmüsünüz?

-Anamın ögey qardaşı, yəni mənim yarı-dayım Şəmsini bir dəfə, uşaq olan zaman görmüşdüm.

-Xalanız Kübra Əsədullayeva necə yaşayırdı? Rəssam idi? Onun çəkiyi rəsmlərin oğurlanması ilə bağlı məlumatlar var. Bu həqiqətdir?

-Kübra Əsədullayeva Theakston adlı bir ingilis səhmdarla ailə həyatı qurmuşdu. Sankt-Peterburqda məskunlaşan bir ailənin övladı idi. O, daha çox orta sinifdən yuxarı olan bir rus kimi idi.

Kübra “naif” tərzdə rəsimlər çəkən həvəskar bir rəssam idi. Onu çox da tanımırdılar.  Kübra Əsədullayevanın çəkdiyi rəsimlərin oğurlanması ilə bağlı sizin qeyd etdiyiniz məlumatdan xəbərsizəm. Əgər belədirsə, oğru rəssamdan daha çox həvəskar imiş…

https://hafiztimes.com/wp-content/uploads/2019/10/assadoullah-souren-melikian-chirvani-HafizTimes-4-768x493.jpg 768w, https://hafiztimes.com/wp-content/uploads/2019/10/assadoullah-souren-melikian-chirvani-HafizTimes-4.jpg 772w" sizes="(max-width: 515px) 100vw, 515px" style="font-size:17.6px;height:auto;">

-Əsədullayeva bacıları  Bakı-Azərbaycan haqqında nə danışdılar? Onların Azərbaycan haqqında düşüncələri necə idi?

-Anam və bacıları bəzən görüşürdülər. Həmin vaxt onlar öz doğma şəhərləri Bakı, Azərbaycan haqqında danışardılar. Amma onların söhbətlərini dəqiq xatırlamıram.

Anamın hissləri məndə silinməz izlər qoyub. Bunu yaxşı xatırlayıram. Anama kimliyi ilə bağlı sual verəndə cavabı birbaşa belə olardı: “Biz iranlıyıq. Biz Azərbaycandanıq. Bizim ailəmiz Bakıdandır”.

https://hafiztimes.com/wp-content/uploads/2019/10/souren-melikian-assadoullah-hafiztimes.jpg 569w" sizes="(max-width: 495px) 100vw, 495px" style="font-size:17.6px;height:auto;">

-Sizin atanız haqqında bilmək istərdik. O, erməni əsilli idi?

-Atam əsrlər boyu Azərbaycan mədəniyyətinin qəlibində yer tutan erməni əsilli bir ailədən idi. (Mənim atam Azərbaycan mədəniyyəti ilə böyümüş yaşamış erməni nəsilindədir).

https://hafiztimes.com/wp-content/uploads/2019/10/assadoullah-souren-melikian-chirvani-HafizTimes-7.jpg 350w" sizes="(max-width: 229px) 100vw, 229px" style="font-size:12.8px;height:auto;">

(Azərbaycan milli geyimində nənəm Ümm əl-Banin. Nənəm bu donu toyunda geyinib)

-Bəs valideynləriniz necə ailə həyatı qurublar?

-Çox təssüf edirəm ki, anama atamla necə tanış olması barədə sual verməmişəm. Hərçənd ki, bu sualı verməyə mənim yaşım da icazə verirdi.  Bakıda uşaq, gənc olarkən bir-birini tanıyıblar. Hər ikisi də ayrı-ayrılıqda Parisə gəliblər. Gənc, yetkin vaxtlarında yaşadıqları “travma”lardan sarsıldılar. Sonra iki milyon əhalisi olan xarici bir şəhərdə yoxsullaşdılar, itkin düşdülər. Onların yenidən qarşılaşmaq ehtimalı çox az idi. Amma onlar yenə də qarşılaşdılar və ailə həyatı qurdular.

https://hafiztimes.com/wp-content/uploads/2019/10/assadoullah-souren-melikian-chirvani-HafizTimes-2-768x452.jpg 768w, https://hafiztimes.com/wp-content/uploads/2019/10/assadoullah-souren-melikian-chirvani-HafizTimes-2.jpg 774w" sizes="(max-width: 488px) 100vw, 488px" style="font-size:17.6px;height:auto;">

-Ananınız ilk dəfə Bakıda ailə həyatı qurmuşdu. Bu barədə nə bilirsiniz?

-Anam həqiqətən də ilk dəfə Bakıda cənab Həsənovla ailə həyatı qurub. Onların bir oğlu olub. Qardaşımın (ögey) adı İsmayıl Həsənov idi. 1917-ci ildə üç yaşında o, bu dünyanı tərk etdi. Bu barədə artıq heç nə bilmirəm.

-Sizin haqqınızda bilmək istərdik. Ailəsinizmi? Övladlarınız varmı?

-1984-cü ildə ailə qurmuşam. İsgəndər və Kərim adlı iki oğlum var.

https://hafiztimes.com/wp-content/uploads/2019/10/susan-stonge-chirvani-hafiztimes.com_.jpg 599w" sizes="(max-width: 438px) 100vw, 438px" style="font-size:12.8px;height:auto;">

(Suren Melikiyanın həyat yoldaşı Suzan Stonge)

-Bakı, Azərbaycan haqqında fikirlərinizi bilmək istərdik. Azərbaycana səfər etmək istərsinizmi? Azərbaycanla bağlı hansı xatirənizi bizimlə bölüşmək istərsiniz? Azərbaycan dilini bilirsinizmi?

-Heç vaxt ayaq basmadığım Şimali Azərbaycan, Bakı barədə fikir söyləmək mənim üçün çox çətindir. 2002-ci ildə Cənubi Azərbaycandakı Təbrizə getmişdim. Həyat yoldaşım Susan Stronqe ilə birlikdə bir ziyafətdə iştirak etdik. Birdən orada kiminsə Türk dilində danışdığını eşitdim. Həmin vaxt bərk sarsıntı keçirdiyimi yaxşı xatırlayıram. Öz-özümə çox təəccübləndim. Bütün uşaqlıq xatirələrim gözümdə canladı. Bütün bədənim əsməyə başladı. Mən heç vaxt belə olmamışdım. Hər yerdə tamamilə irad eşitsəm də, yad kimi görünsəm də aid olduğumu hiss etdiyim dünyanın dilində danışmıram.

-Biz həmişə özümüzü iranlı kimi təqdim etdik. Vilayətimiz Azərbaycan, doğma şəhərimizin isə Bakı olduğunu qeyd etdik. Mən özüm də ömrüm boyu  belə demişəm. Bəziləri və ya oxucularınızın əksəriyyəti bu fikirlə razılaşmaya bilər. Amma bir jurnalist oxucuları sevindirməyə çalışmamalı, onlara məlumat vermək üçün əlindən gələni etməlidir. Beləliklə, “Yaşasın Azərbaycan, yaşasın İran!” Qorxuram ki, Stalin Vətənimizin mədəni məhvini başa çatdıra bildi. Bu Azərbaycan Respublikasında rəsmi mövqe olmaya bilər. Amma bu bizim ailəmizin, mənim fikirlərimdi. Nəzərinizə çatdırıram  və xahiş edirəm ki, açıq şəkildə bəyan edin ki, mən  türkcə danışan Azərbaycandan olan bir iranlıyam.

https://hafiztimes.com/wp-content/uploads/2019/10/assadoullah-souren-melikian-chirvani-HafizTimes-8.jpg 500w" sizes="(max-width: 319px) 100vw, 319px" style="font-size:17.6px;height:auto;">

– Azərbaycanda ailənizi sevən oxucularımıza nə demək istərsiniz?

-Azərbaycanda mənim ailəmi “sevən”lər… Dərindən təəccübləndiyimi ifadə edirəm. Onlarla Azərbaycan dilində ünsiyyət qura bilmədiyimə görə çox təəssüflənirəm. Mən onları öz mədəni keçmişlərinə sadiq olmağa və ən böyük şairlərimizin – Gəncənin Nizamisi, Xəqani ( Onu “Şirvani” deyə çağırırlar. Bu söz isə Şimali Azərbaycanın tarixi adı olan “Şirvan”dan götürülüb), Mücrədin Beyləqaninin dilini öyrənməyə çağırardım.

Sizin suallarınızı cavablandırdım. İran incəsənəti və mədəniyyətini tədqiq edən və həyatım boyu aylıq-gündəlik qəzetlərdə məqalələr yazan bir sənətşünas olduğuma görə, gənc bir həmkarımın jurnalistikada etdiyi zəhmətkeş araşdırmalara böyük rəğbətlə yanaşıram. Fikirləşirəm ki, bu, bir jurnalistin karyerası üçün faydalı ola bilər. Bu müsahibəni bir “çevriliş” kimi təqdim edə bilərsiniz. Çünki keçmişdə həmişə ailəm və özümlə bağlı suallara cavab verməkdən imtina etmişəm.

https://hafiztimes.com/wp-content/uploads/2019/10/assadoullah-souren-melikian-chirvani-HafizTimes-6-4.jpg 514w" sizes="(max-width: 438px) 100vw, 438px" style="font-size:17.6px;height:auto;">

`Nəhayət, sual verdiniz ki, Bakıya gəlmək istəyirəmmi?`

 -Mənim üçün ağır psixoloji sarsıntı olsa da, doğma yurdumuzu görmək istərdim. Şirvanşahanlar Sarayını ziyarət etmək və Pir Hüseyn türbəsində olmaq istərdim. Tədqiqat işim üçün Bakı Muzeylərində və Azərbaycanın digər şəhərlərində erkən İslam dövrünə aid bəzi metal qabları, keramika əsərlərini öyrənmək və fotoşəkillərini çəkmək istərdim. Ancaq zaman keçir. Uzaq yerlərə necə səyahət edə biləcəyimi bilmirəm. 83 yaşım tamam olacaq. Ancaq dediyimiz kimi, Allah Kərimdi.

-Mən Qarabağ-Şuşadanam. Amma 30 ilə yaxındır ki, doğma  Şuşama gedə bilmirəm! İşğal olunub…!Bu barədə nə deyə bilərsiniz?

-Azərbaycan və Ermənistanın xarici güclər tərəfindən qurulan tələyə düşmələrinin faciəvi nəticələri müasir dünya ilə bağlı ümidsizliyi artırır. Həmin güclər bu kiçik Respublikaları bir-birinə qarşı qızışdıraraq onları zəiflətməyə çalışırlar. Nəticədə onlar arasında süni qarşıdurmalar yaranır. Bundan da həmin güclər öz mənfur məqsədləri üçün istifadə edirlər.

Mənim atamın nənəsi də “Qarabağ”dan idi.(Ya da sizin yazdığınız kimi “Karabakh”dan idi). İnanıram ki, o da Şuşadan idi.

Heç bir şeyin əbədi qalmayacağı barədə bir fikir var. Ona görə də rahat ola bilərsiniz. Tarix bizə bunu da öyrədib: “Çox təəccüblü də olsa, mövcud situasiyalar bir gecədə də dəyişdirilə bilər”.

Hafiz Əhmədov

HafizTimes.com

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəhşətli görüntü: Piton ilanı su içən ceyranı diri-diri uddu
Meymunu 5 il boyunca makiyaj edib fahişə kimi satdılar
347 nəfərin olduğu təyyarə havada yandı - ŞOK VİDEO

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY
Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Sumqayıtda partlayışda xəsarət alanların biri öldü