Azərbaycanda məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.
Oxu24.com -un məlumatına görə, bu barədə Məhkəmə-Hüquq Şurasının noyabrın 14-də keçirilən iclasında qərar qəbul olunub.
Şurada qanunvericiliyin kobudcasına pozulmasına, süründürməçilik və digər neqativ hallara yol verdiklərinə görə 4 hakimə töhmət verilib, Etik Davranış Kodeksinin tələblərinin pozulmasına və hakim adına ləkə gətirən hərəkətlərə yol verdiyinə görə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Ramil Həsənovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 2 hakim barədə intizam icraatları başlanılıb.
HƏMÇİNİN OXU: Azərbaycanlılar bu ölkədən kütləvi şəkildə qovulur- son dəqiqəBu şəxslərin maaşı artdı— ŞAD XƏBƏR Oxu24.com
ŞƏRHLƏR