Eroziya hər 5 qadından birində rast gəlinir. Əvvəlcə simptomsuz başlayır, demək olar, əlamət göstərmir. Çox qadın düşünür ki, məndə eroziya ola bilməz. Bir çoxları isə eroziyaya adi iltihab kimi yananır və təhlükəsini dərk etmir.
Medicina.az eroziyanın yaranma səbəblərini və əlamətlərini təqdim edir.
Uşaqlıq qadın reproduktiv sisteminin ən vacib orqanıdır. Onun boynu da çox önəmli rol oynayır, dölün vaxtından əvvəl doğulmasının qarşısını alır.
Uşaqlıq boynu eroziyası hamar epitel səthinin qüsurudur.
Eroziyanın bir neçə növü var:
-Psevdoeroziya
Hamar, düz epitelin silindrik formaya çevrilməsi nəticəsində inkişaf edir. Bu hüceyrələr daha əlvandır, ona görə eroziv sahə normal toxumadan rəngi ilə seçilir.
{banner_reklam1}
Bu mərhələ uzun keçdikdə, müalicə olunmadıqda xroniki iltihabi prosesə keçir. Bu da displaziyanın əsasını qoyur. Epitelin patoloji dəyişilməsi olan displaziya potensial olaraq bədxassəli törəmələrin başlanğıcıdır demək olar.
2. Həqiqi, gercək eroziya
Epitelin tam zədələnməsi, yara səthinin olması deməkdir. Burda infeksion proseslər üçün açıq qapı yaranır.
3. Anadangəlmə eroziya
Silindrik epitelin sərhədlərinin hələ bətndə ikən yerdəişməsi nəticəsində baş verir.
Alimlər bu problemdə hormonal pozuntuları səbəb kimi görür. Cinsi hormonların qeyri-düzgün dəyişməsi döldə eroziya yaradır.
Simptomları:
Nadir halda ilk başda ciddi siqnallar verir. Təsadüfən ginekoloji kresloda müayinə zamanı aşkarlanır.
Nadir halda qanlı ifrazat, cinsi əlaqədən sonra qanlı axıntı, eləcə də menstrual tsikldən öncə belə axıntı olur.
Eləcə də qarnın aşağısında ağrılar olur.
Cinsi əlaqə zamanı diskomfort olur.
Bəzən iltihabi vaginitin də eroziya nəticəsində yarandığı aşkarlanıb.
Diaqnoz üçün:
Güzgülərlə uşaqlıq boynunun müayinəsi aparılır. Daha sonra patoloji ocağın dəqiq analizi üçün kolposkopiya edilə bilər.
Əgər ciddi sahələr aşkarlansa qadından biopsiya götürülür.
Müasir müalicə
Eroziyanın müalicəsində fikirlər haçalanır. Bəziləri bildirir ki, əgər eroziya çox kiçikdirsə, qanamırsa və xəstəni narahat etmirsə, müalicə və müdaxilədə tələsmək lazım deyil.
Xüsusilə gənc qızlar,hələ doğum etməmiş qasdınlarda eroziya özü itə bilər.
Müalicə lazımdırsa, o zaman silindrik epitelin hüceyrələrinin parçalanması və ləğv olunmasına hesablanmış tədbirlər görülür.
Bu metodlar – diamermokoaqulyasiya – yəni ocaqların yüksək tezlikli tokla yandırılmasıdır ki, indi bu metod köhnəlib.
- Daha yeni metod lazerlə yandırılmalıdır – lazerovaporizasiya.
-Kridestruksiya – maye azotla uşaqlıq boynuna təsir
-Radiodalğalarla müalicə -elektromaqnit dalğalarla ocağın aradan qaldırılması
Oxu24.com
ŞƏRHLƏR