Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19213
az

Xalq artistinin qızı göz yaşı tökdü: “Şokdayam, yaşananlara inanmıram”

19:5119 Oktyabr, 2019
764
ŞOU-BİZNES
  • A
Müğənni Səidə Dadaşova "Maşın" şounun final gecəsində ağlaması ilə diqqət çəkib. Aparıcı Suna Kasımoğlunun qalib olduğunu eşidən ifaçı ağlamağa başlayıb.

Oxu24.com xəbər verir ki, o, musavat.com-a açıqlamasında bildirib ki, Sunanın qalibiyyətinə sevinməyib:

"Mən, sadəcə, şokdayam, yaşananlara inanmıram. Lalə həm güclü, həm səmimi, həm də kövrək qəlbli bir xanımdır. Mən heç gözləmirdim. Mən heç bu qalibiyyətə sevinmirəm də. Səmimi olaraq fikrimi açıqlayıram. Bu gün burada olma səbəbim Lalədir. Mən tamamilə yuxudayam. Elə bil indi oyanacağam. Mən inanmırdım ki, Lalə gücsüzləşər. Çünki o, çox güclüdür. Onun tək səhvi o oldu ki, öz xanımlığını göstərdi və səs toplamaq üçün çıxanda ad çəkmədi. Amma burada belə hərəkət etmək lazım deyildi. Bura mafiya oyunu kimidir, psixoloji hazır olmalısan. Sunada elə psixologiya var ki... Əgər belə bir şou Türkiyədə olsaydı, bizim heç bir iştirakçımız orada qala bilməzdi. Heç birimiz qalib ola bilməzdik".

İfaçı bildirib ki, növbəti oyunlarda iştirak edəcək:

"Özüm də "Maşın şou" da iştirak etməliydim. Lakin müəyyən dövlət tədbirlərinə görə iştirak edə bilmədim. Növbəti mərhələlərində iştirak etmək istəyirəm. Mənim öz taktikam var və mən ona uyğun hərəkət edəcəyəm. Belə oyunçuların oyunda qalmasına imkan verməyəcəm".

Qeyd edək ki, Səidə Dadaşova xalq artisti Rafael Dadaşovun qızıdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gülyaz və Gülyanağa bu şəhərdə EV BAĞIŞLADILAR
Aysuna əri QADAĞA qoydu: "Deyəcəklər ki, pul yığıram"" - VİDEO
Aygün Bəylərin abidəsi ucaldıldı - FOTO

Pentaqonun UFO Ofisi bir ildə 700-dən çox hesabat aldı - The Hill

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Oğlu öldürülən anaya verilişə çıxdığına görə- Xəbərdarlıq