Oxu24.com “Newsarmenia”ya istinadən xəbər verir ki, Ermənistanda demokratik dəyərləri olmayan korrupsioner partiyaların və siyasi birliklərin fəaliyyəti məhdudlaşdırılacaq. Bu barədə Ermənistan Milli Məclisi sədrinin müavini Lena Nazaryan keçirilən parlament dinləmələri zamanı bildirib.
Nazaryan hesab edir ki, partiyada riayət olunan dəyərlərdən çox şey asılıdır. O, vurğulayıb ki, siyasi birliklərin səlahiyyətləri çox genişdir və buna görə qanunvericilikdə mövcud qaydalara dəyişiklik edilməsi onun tərəfindən tələb edilib.
Vitse-spiker əmindir ki, bu çox konstruktiv bir qərardır, çünki partiyalar seçkilərdə iştirakını təmin edən yeganə mexanizmdir.
O vurğulayıb ki, əsas təməl partiya rəhbərlərinin hansı prinsiplərə və dəyərlərə üstünlük verməsidir.
Oxu24.com
ŞƏRHLƏR