Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19186
az

Rafael Cəbrayılovun bu binaları söküləcək - Fotolar

09:2819 Oktyabr, 2019
635
SİYASƏT
  • A
 

Bir müddət öncə borc alıb qaytarmadığına görə qalmaqalla gündəmə gələn və mandatından istefa verən keçmiş deputat Rafael Cəbrayılovun tikdiyi binaların söküləcəyi bildirilir. Bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, C.Həsənli bildirib ki, Sumqayıt Məhkəməsinin qərarı ilə R.Cəbrayılova məxsus və qardaşı Elşən Cəbrayılovun idarə etdiyi “Dərhal” MMC-nin tikdiyi binalardan ikisi söküləcək. Buna səbəb isə həmin yaşayış yerlərinin SOCAR-ın ərazisində tikilməsidir. Bu binalarda isə məcburi köçkünlər məskunlaşıb.

Əməkdaşlarımız həmin binaların yerləşdiyi Binəqədi Gənclər Şəhərciyinə baş çəkib sakinlərlə söhbət ediblər. Binaların qarşısında, təxminən 20 metr məsafədə hələ də aktiv neft “kaçalka”ları fəaliyyətdədir. Neft şirkətinin işçiləri mütəmadi olaraq bu qurğulara baxış keçirib, texniki xidmət göstərirlər.

Neft ərazisində yerləşən və “kaçalka”lara ən yaxın olan 17-ci binada yaşayan Kamil deyir ki, 2014-cü ildə şəhərin mərkəzində kiçik evini sataraq buradan özünə mənzil alıb: “Bir neçə il əvvəl də bu binaların söküləcəyi deyilirdi, amma sökülmədi. Burada neftin ərazisində olan iki bina deyil, binaların çoxu “kaçalka”ların yerində tikilib. Bildiyimə görə, o “kaçalka”lar zəif işləyib, hesablayıblar ki, ordan gələn gəlir bina tikintisəndən gələn gəlirdən azdır. Ona görə də “kaçalka”ları bağlayıb bina tikiblər. Bunlar elə söz-söhbət, şayiə olaraq qalır, amma real olaraq söküntü söhbəti yoxdur”.

Bu bina ilə yanaşı olan 13-cü binanın 60 yaşlı sakini Cəmil kişi deyir ki, məcburi köçkün olduqları üçün 2013-cü ildə "QaçqınKom" onlara buradan mənzil verib:

“Biz illərdi burada yaşayırıq, məndən başqa da çoxlu qaçqın var. Bu binaların sökülməsi məsələsi əvvəllər də deyilirdi, amma son günlər tez-tez eşidirik. Lakin bizə rəsmi olaraq bir məlumat verən yoxdur. Dəqiq heç nə bilmirik. Sökülsə də, dövlət bizi çöldə qoymaz, yəqin başqa bir yerdə ev verərlər”.

Binəqədi Gənclər Şəhərciyinin komendantı Rasim adlı şəxs ofisində olmadığı üçün onunla telefon əlaqəsi saxladıq. O isə bizə bu məsələlərə baş qoşmamağı məsləhət gördü: “Məhkəmə qərarı varsa, bu qərarı icra edən şöbə var. Bizə binaların söküləcəyi, sakinlərin köçürülməsi, binalardan çıxarılması və ya başqa məsələlərlə bağlı heç bir məlumat verilməyib. Mən də orada fəaliyyətimi dayandırmışam, indi həmin binalara “QaçqınKom” baxır. Bu binaların sökülməsinin jurnalistlərə nə dəxli var? Niyə maraqlanırsız, niyə araşdırırsız? Dövlət məsləhət bilsə, söküləcək”.

Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev bildirib ki, bu məsələni araşdırandan sonra açıqlama veriləcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyev zimbabveli həmkarı ilə görüşdü - Foto
Azərbaycanla İspaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi
Putin Pezeşkianla ÜZ-ÜZƏ GƏLİR -"Ciddi söhbət olacaq"

Pentaqonun UFO Ofisi bir ildə 700-dən çox hesabat aldı - The Hill

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Oğlu öldürülən anaya verilişə çıxdığına görə- Xəbərdarlıq