Hollandiyanın Drente bölgəsində olduqca qəribə hadisə baş verib.
Oxu24.com xəbər verir ki, polis illərdir ətrafı meşə ilə əhatə olunmuş evin zirzəmisində yaşayan ata və 4 uşağı xilas edib. Məlumata görə, uzun saqallı 20 yaşlı gənc kəndin mərkəzinə gələrək, sakinlərdən kömək istəyib. O, 9 ildir ilk dəfə insanlar arasında çıxdığını bildirib.
Dərhal əraziyə gələn polislər, zirzəmidəki insanları xilas edib. Uşaqların 18-25 yaş arasında olduğu bildirilir. Onların niyə belə həyat tərzi sürdüyü məlum deyil. Uşaqlar ümumiyyətlə dünyada başqa insanların varlığından xəbərsiz olublar. Polis bağ evini 9 il əvvəl icarəyə götürən 58 yaşlı şəxsi nəzarətə götürüb.
Yerli media hadisəni, “illərdir zirzəmidə yaşayaraq qiyaməti gözləyənlər” başlığı ilə təqdim edib. Hadisənin səbəbləri araşdırılır. Oxu24.com
ŞƏRHLƏR