Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18968
az

Bütün günahların kökündə bu 3 qüvvə dayanır

23:2113 Oktyabr, 2019
629
  • A
 İnsanın nəfsani qüvvəsi vardır ki, kiçik bir qəflət və diqqətsizlik onu məhv edər və yolundan azdırar. Onu Allaha gedən yoldan saxlayar.

Ona görə də deyə bilərik ki, hər bir möminin düşməni - qəflətdir. Fərqi yoxdur ki, kiçik qəflət etmişdir, yoxsa böyük. Məsələ burasındadır ki, qəflət və diqqətsizlik insan nəfsini şeytanı istəklər tərəfə meyil etdirər və suluk yolundan ayırar.

Oxu24.com deyerler.org-a istinadən bildirir ki, hər kim nəfsinin cilovunu əlində saxlayar, o, qəflət etməz. Hər kim bunu bacararsa, şübhəsiz ki, həqiqi möminlərdən olar. Çünki bu şəxs nəfsani istəklərini kənara qoyub, İlahi razılığı əldə etmək ardınca olar.

Allah insana dörd xüsusi qüvvə vermişdir:

1. Şəhvət.

2. Qəzəb.

3. Şeytani vahimə.

4. Əqli mələkə.

Əgər üç qüvvə ağla tabe olarsa, o zaman insan nəfsinə hakim olar və onu ram edər. Bu yolda Allah ibadəti onun yardımçısı olar.Bu üç sifət ki, şəhvətdən, qəzəb və vahimədən ibarətdir - insanı başqaları ilə dalaşmağa və mübahisə etməyə vadar edər.

Bəşərin etdiyi bütün günahların kökündə bu 3 qüvvə dayanır.

Ancaq o kəs ki, Allah yolçusu olar, bu üç sifətdə nə təfrit edər, nə də ifrat. Başqa sözlə desək, belə insan bu üç heyvani qüvvəni balansda saxlayar və onların sərhədlərinə qarşı diqqətcil olar.

Təqva əhli bu üç qüvvəni yaxşı tanıyır və onları ağlının gücü ilə həddində saxlayır. Ancaq bu yolla bu üç heyvani qüvvəni zəiflətmək olar və insana İlahi güc verər. Hər kim Allaha bir addım atarsa, Allah ona doğru iki addım atar.

Hər kim heyvani həyatda deyil, təyyibə həyatda yaşamaq istəyirsə - qəflət etməməlidir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kondisioner insanı kor edə bilər - Həkim xəbərdarlıq etdi
Bakıda inzibati binada yanğın oldu
ABŞ Gürcüstanı NATO sammitinə dəvət etdi

Xarkova HAVA HÜCUMU: silsilə partlayışlar baş verdi

18+

İnsanlar yanan binadan belə tullandı (18+VİDEO)
3 polisi öldürənin qonşuları danışdı - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Corabınızın içərisinə soda tökün və geyinin - Görün,hansı xəstəliyi müalicə edirmiş
Hərbi Polisin sabiq maliyyə xidmət rəisinə hökm oxunub