Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112948
az

Hərbi Polisin sabiq maliyyə xidmət rəisinə hökm oxunub

19:0724 İyun, 2024
129
KRİMİNAL
  • A

Müdafiə Nazirliyinin Hərbi Polis idarəsinin və bir neçə hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş Sadiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Oxu24.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Sadıq Hacıyev 11 il müddətində azadlıqdan mərhum edilib.
Qeyd edək ki, Maliyyə Nazirliyinin apardığı yoxlamalar zamanı Sadiq Hacıyevin 1.5 milyon manat mənimsədiyi məlum olub. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, Sadiq Hacıyev Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general Nizami Məmmədov və digərləri barəsində olan 143 milyon manatlıq mənimsəmə ilə bağlı keçirilən məhkəmədə şahid qismində dindirilib. O bildirib ki, işlədiyi müddətdə maliyyə hesabına köçürülən şişirdilmiş məbləğlərin 40 faizini özünə götürüb, 60 faizini isə rəhbərliyə verib. O, qanunsuz tapşırıqları da işlədiyi hərbi hissənin tabe olduğu korpusun maliyyə şöbəsinin rəisindən aldığını etiraf edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirmək istədi
Tovuzda ev qarət məqsədi ilə yandırılıb - FOTO
Evdən 50 yaşlı kişinin meyiti tapılıb

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qadın cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirmək istədi