Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18880
az

Azərbaycan “Keşikçidağ”ı gürcü zəvvarlar üçün açır - Bakıdan qayıdan kimi elan etdi

12:0910 Oktyabr, 2019
510
SİYASƏT
  • A
 
“Oktyabrın 11-dən etibarən “Keşikçidağ” (“David Qareci”) kompleksindəki məbədlər Gürcüstan zəvvarları üçün açıq olacaq”. “Qafqazinfo”nun “Sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, bu barədə Bakı səfərindən qayıdan Gürcüstan Baş Naziri Georgi Qaxariya hökumətin iclasında bildirib.

Baş Nazir postunda ilk səfərini Azərbaycana edən Qaxariya Prezident İlham Əliyevlə danışıqlarından bəhs edib:

“Mövcud problemlər barədə tamamilə açıq söhbətimiz oldu və nəticədə deyə bilərəm ki, sabahdan etibarən kompleksin ərazisində yerləşən kilsələr gürcü zəvvarlar üçün açılacaq.



Müvafiq olaraq bu istiqamətdə addım-addım, ciddi irəliləməliyik. Gürcüstan və Azərbaycan hər iki ölkənin maraqları nəzərə alınmaqla razılaşdırılmamış sərhəd bölgələri məsələsini həll etməlidir. Dəfələrlə qeyd etmişik ki, bu problem hər iki ölkənin tarixi irs və kilsə ilə bağlı milli maraqları nəzərə alınmaqla həll olunmalıdır”.

O, ölkə vətəndaşlarını həm istənilən hərəkətinə, həm də sözlərinə böyük məsuliyyətlə yanaşmağa, ehtiyatlı olmağa çağırıb.

Xatırladaq ki, Azərbaycan ərazisində yerləşən “Keşikçidağ” məbədinə gediş-gəliş bu ilin iyul ayında bir qrup Gürcüstan vətəndaşının törətdiyi təxribatdan sonra dayandırılmışdı.Hazırda iki ölkə ekspertləri Gürcüstanla Azərbaycan arasında dövlət sərhədinin mübahisəli hesab edilən sahələri üzrə araşdırmaları davam etdirir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bayramov Gürcüstanın yeni XİN rəhbərinə zəng etdi
Prezident onu rektor təyin etdi- Sərəncam
AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirildi- Sərəncam

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Ərini öldürdü