Bu qarışım orqanizmdən artıq yağı, mayeni çıxarır, beyin qan dövranını və funksiyalarını yaxşılaşdırır. Yaddaş, eşitmə, görməni itiləşdirir.
Eləcə də qrip mövsümündə soyuqdəyməni çıxarır.
Oxu24.com medicina.az-a istinadən bildirir ki, siropun əsas tərkibi xren -qıtıqotudan ibarətdir ki, o da C, B vitamini, dəmir, kaliy, maqniy, fosforla zəngindir.
Hazırlanması:
125 qr xren
4 ədəd limon
3 xörək qaşığı bal
1 xörək qaşığı darçın
2 cm zəncəfil kökü
Xren kökü ilə zəncəfil blenderdən keçirilir. Bura limonların suyu sıxılır, qarışdırılır, daha sonra darçın və bal qatılır. Blenderdə sirop halına salıb, şüşə qaba yığın.
Gündə 2 dəfə yeməkdən öncə 1 xörək qaşığı miqdarında qəbul olunur.
Kurs 3 həftədir. Oxu24.com
ŞƏRHLƏR