Ermənistan silahlı qüvvələrinin hərbiçisi Armen Çaxmaxçyan atışma zamanı yaralanıb, bu barədə Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsun Ovanesyan Sputnik Ermənistana məlumat verib.
Hadisə oktyabrın 4-də Ermənistanın Tavuş vilayətinin Koti kəndi yaxınlığında baş verib. Yaralı tibb məntəqəsinə çatdırılıb, onun həyatı təhlükədə deyil.
Kəndin ağsaqqalı Feliks Melikyanın dedyinə görə, hərbiçi çiynindən yaralanıb. Onu mərkəzi klinik hospitala yerləşdiriblər.
Ovanesyan həmçinin son günlər bir erməni hərbiçisinin həlak olması və üçünün yaralanması xəbərini də təsdiqləyib. Bu barədə əvvəllər ancaq sosial şəbəkədə məluimat verilmişdi.
Oxu24.com
ŞƏRHLƏR