Xristianların və yəhudilərin inancına görə, Həzrət Adəm Peyğəmbərin (ə) cənnətdən çıxarılmasının baiskarı onun həyat yoldaşı Həvvadır. Guya İblis Həvvanı aldadaraq, qadağan olunmuş meyvədən yeməyi ona təlqin etmiş, Həvva da Həzrət Adəmi (ə) dilə tutaraq, həmin meyvəni ona yedizdirmişdir. Buna görə də, xristianlar qadın cinsini zatən günahkar sayır və ilk günahın səbəbi adlandırırlar.
Oxu24.com islam.az-a istinadən bildirir ki, bu yanaşma tərzi İslam dinində qəbul edilmir. Mötəbər dini mənbələrimizdə Həvvanın günahkar olması barədə məlumat yoxdur. Qurani-Kərimə görə, cənnətdəki qadağan olunmuş ağacın meyvəsini yeməyin məsuliyyəti həm Həzrət Adəmin (ə), həm də Həvvanın öhdəsindədir. Quranda buyurulur: "Biz dedik: "Ey Adəm, sən zövcənlə cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız". Şeytan onları azdırıb olduqları yerdən uzaqlaşdırdı" (Bəqərə, 35-36). Oxu24.com
ŞƏRHLƏR