Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18584
az

Azərbaycanda DƏHŞƏT: Qadının maşınının qabağını kəsib qapını açan qohumlar onu zorladı

14:1903 Oktyabr, 2019
1601
KRİMİNAL
  • A
 
Həmçinin oxu: Məşhur aktrisanın tualetdə biabırçı görüntüsü yayıldı+VİDEO

Bakıda qadını bıçaqla hədələyərək pulunu, qızıllarını ələ keçirməkdə və zorlamaqda təqsirləndirilən İntiqam Yunusov və onun xalası oğlu Yaqub Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Unikal.org xəbər verir ki, Bakı Apellasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hər iki şəxsin apellyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Yunusov və Y.Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Xətai Rayon Polis İdarəsinə müraciət edən, şərti adı N.Z. olan qadın iki nəfər naməlum şəxsin onu bıçaqla hədələyərək 600 manat və 10 min manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirdiklərini, habelə idarə etdiyi "Changan" markalı avtomobildə ona qarşı əxlaqsız hərəkətlər etdiklərini bildirib.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Zaqatala rayon sakini İ.Yunusov və xalası oğlu, Qax rayon sakini Y.Məmmədov saxlanılıblar.

Saxlanılan şəxslər ifadələrində hadisə günü qadını izlədiklərini və qadın avtomobildən düşən zaman ona yaxınlaşaraq qeyd olunan cinayəti törətdiklərini bildiriblər.

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 149.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama), 181.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham elan edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabirabadda ana doğuşdan sonra öldü
Arvadının qətlə yetirdiyi bildirilən Hacının FOTOSU
İlqar Ələkbərli açıqlama yaydı: "Həbs olunmamışam"

Yaponiyada yolların binaların içərisindən keçdiyi şəhər — VİDEO

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Xoşqədəm Hidayətqızı: O gecəni səhərə qədər ağlayaraq keçirdim (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?
Dələduzluq edən 2 nəfər saxlanıldı