Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın həbsdə saxladığı azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi ilə bağlı açıqlama verib.
Oxu24.com Rusiya KİV-nə istinadən xəbər verir ki, “Valday” diskussiya klubunun XVI sammitində çıxış edən Lavrov yaxın zamanlarda əsir və girovların dəyişdiriləcəyini deyib.
“Dağlıq Qarabağla bağlı məsələyə gəlincə, son vaxtlar təmas xəttində vəziyyət kifayət qədər sakitdir, insidentlər azdır və onlar da kifayət qədər kiçik insidentlərdir.
Ölənlərin cəsədləri dəyişdirilib, hazırda hər iki tərəfdə saxlanılan vətəndaşların dəyişdirilməsinı hazırlıq görülür. ATƏT-in Minsk Qrupunun həmsədrləri – Rusiya, ABŞ və Fransa sıx və dost şəraitdə çalışır.
Hazırda vəziyyət 3 il əvvəlkindən sakitdir, sadəcə siyasi proses dayanıb”.
Xatirladaq ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ildən işğal altındakı Şuşa şəhərində girovluqda saxlanılır.
Oxu24.com
ŞƏRHLƏR