Binəqədi rayonunda ölüm hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Binəqədi-Novxanı şossesində baş verib.
Belə ki, 25 yaşlı Abdullzadə Əminə Faiq qızı avtomobildən dəniz qırağına düşmək istəyərkən qəfil onun halı pisləşib. Avtomobil sürücüsü ona yardım etmək istəyən zaman Ə. Abdullzadə ölüb. Məlum olub ki, Ə.Abdullzadə eplepsiya (qıcolma) xəstəliyindən əziyyət çəkirmiş.
Oxu24.com
ŞƏRHLƏR