Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1830
az

Aysunun videosuna görə işdən qovulan baş həkimin yerinə - TƏYİNAT

18:0616 May, 2018
1347
TİBB
  • A
 Bakının Nəsimi rayonunda yerləşən 1 saylı Körpələr Evinin qalmaqallı baş həkimi Nəhayət Əliyevanın yerinə təyinat olub.

Oxu24.com Axar.az-a istinadən xəbər verir ki, 1 saylı Körpələr Evinin baş həkimi N.Əliyevanın uşaqlar üçün gətirilmiş əşyaları özünə məxsus avtomobilə yükləyib apardığını əks etdirən videolar yayıldıqdan sonra Səhiyyə Nazirliyi araşdırma başlatmışdı və o, müvəqqəti olaraq işindən təcrid edilmişdi.

Məlumata görə, araşdırmanın nəticəsi olaraq baş həkim N.Əliyeva vəzifəsindən azad edilib. Artıq onun yerinə təyinat da həyata keçirilib.

1 saylı Körpələr Evindən bildirildi ki, artıq müəssisənin baş həkimi Rəna Ağayevadır.

Qeyd edək ki, bir müddət əvvəl müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova video paylaşaraq, 1 saylı Körpələr Evindən oğurluq edildiyini bildirmişdi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO