Türkiyəli model-aktrisa Ceren Kaplakarslan ilə anası Nuray Deveci Yeşiltepe gənc manekenin sevgilisi, iş adamı Temel Kankıran tərəfindən fiziki şiddətə məruz qalıb.“Qafqazinfo”nun “haberturk”ə istinadən verdiyi xəbərə görə, hadisə 1 sentyabrda baş versə də, bir neçə gün öncə KİV-də yayılıb. Belə ki, modelin atası Atilla Kaplakarslan “Kanal D”də yayımlanan “Müge ve Gülşenle 2-ci sayfa proqramı”na canlı yayıma qoşularaq qızı ilə həyat yoldaşının başına gələnlər barədə məlumat verib.
Onun sözlərinə görə, biznesmendən 6 aylıq hamilə olan qızı anası ilə xəstəxanaya gedib. Hər iki şəxsə qarşı hücum da məhz orada baş verib:
“Özünü həm də Milli Kəşfiyyat Təşkilatının (MİT) üzvü kimi təqdim edən o şəxs xəstəxanaya gedərək qızım hamiləliyi ilə bağlı instaqramda paylaşım etdiyinə görə onunla mübahisə edib. Daha sonra qızım xəstəxanadan çıxıb evə getmək üçün avtomobilinə minməyə çalışıb. Bu zaman Kankıran Creni maşından məcbur endirərək öz avtomobilinə mindirmək istəyib. Anası müdaxilə edəndə silahını çıxararaq arvadımın iki qolunu qırıb. Daha sonra silahın arxası isə qızımın gözünə vurub və hər ikisini təpikləməyə başlayıb. Ətrafdakı insanların köməyilə qızımla yoldaşım o caninin əlindən xilas olunub. Xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri stabildir”.
Ceren Kaplakarslan da hadisəni təsdiqləyib. O, biznesmenlə 3 il öncə sevgili oldğunu, 1 il əvvəl ondan ayrıldığını, lakin dəfələrlə qarşı tərəf onu valideynlərini öldürəcəyi ilə təhdid etdiyindən münasibətini davam etdirmək məcburiyyətində olduğunu açıqlayıb.
Baş vermiş hadisə mətbuatda işıqlandırıldıqdan sonra Kankıran polisə təslim olub. O, tutularaq həbsxanaya göndərilib.
Qeyd edək ki, C. Kaplakarslan müğənni Rafet El Romanın keçmiş həyat yoldaşıdır.
Oxu24.com
ŞƏRHLƏR