Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17881
az

Xalq artisti Fidan Hacıyevaya vəzifə verildi

19:4913 Sentyabr, 2019
583
ŞOU-BİZNES
  • A
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əmrinə əsasən Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinə yeni təyinat olub. Məktəbin direktor vəzifəsinə opera müğənnisi, xalq artisti Fidan Hacı Ağa qızı Hacıyeva təyin olunub.

Nazirlikdən Oxu24.com-a verilən məlumata görə, Fidan Hacıyeva professor Hüseyn Əliyevin tələbəsi olub. 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. 2002-ci ildə İtaliyanın Kidjiano Akademiyasında keçirilən Beynəlxalq müsabiqəsində qalib olub. 2006-ci ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görülüb və 2006, 2007, 2008-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Fəxri mükafatı ilə təltif olunub. 2010-cu ildə İtaliyada, Roma Musiqi Akademiyasının "Peşəkar vokal ifaçılarının müsabiqəsi"nin qalibi olub. 2015-ci ildə Azərbaycan Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə "Xalq artisti" adına layiq görülüb. 2016-cı ildə öz adını daşıyan Musiqi Mərkəzini yaradıb.

Fidan Hacıyeva Milli səhnəmizdə klassik dünya operalarında lirik-qəhrəman partiyalarını oxuyan ilk "Karmen" ifaçısı Fatma Muxtarovadan sonra ikinci Azərbaycan opera səhnəsinin "Karmen"i adlandırılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı müğənni TOYA HAZIRLAŞIR: Xınasıdır - VİDEO
Əli Mirəliyev: Arvadımla qalmıram, ona pul verirəm ki...
Azərbaycanlı aparıcıya metroda

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Qadın ərini öldürmək üçün 4 min manata killer tutdu: Görün nə baş verdi