Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17584
az

Səfər zamanı hansı məkanlarda namazı bütöv şəkildə qılmağa icazə verilir?

23:1405 Sentyabr, 2019
657
CƏMİYYƏT
  • A
İslam şəriətinə görə, səfər qaydalarına cavab verən hallarda gündəlik dörd rükətli namazlar qəsrlə, yəni ixtisarla, iki rükət şəklində qılınmalıdır. Şiə məzhəbində bu vacib, əhli-sünnə məzhəbində bəyəniləndir. Cəfəri məzhəbinə əsasən, qəsdən səfərdə namazları bütöv qılmaq batildir. Lakin bəzi hallarda namazları bütöv qılmağa icazə verilir. Dini mənbələrdə yazıldığına görə, dörd məkanda müsafirin gündəlik dörd rükətli namazları bütöv qılması icazəlidir.

Oxu24.com islam.az-a istinadən bildirir ki, bu məkanlara aşağıdakılar daxildir: Məkkə, Mədinə və Kufə şəhərlərinin hər hansı güşəsi, Kərbəlada İmam Hüseynin (ə) hərəmində qəbrin təqribən 11,5 metr radiusda ətrafı. Bir daha qeyd edirik ki, bu məkanlarda namazı bütöv qılmaq icazəlidir, vacib deyil. Müsafir şəxs bu dörd məkanda namazları bütöv ya qəsr qılmaqda azaddır, öz seçiminə uyğun hərəkət edə bilər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hacıqabulda 42 yaşlı kişini ilan sancdı
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutuldu
Mineral sular həqiqətən faydalıdır? - ARAŞDIRMA

Yaponiyada yolların binaların içərisindən keçdiyi şəhər — VİDEO

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Xoşqədəm Hidayətqızı: O gecəni səhərə qədər ağlayaraq keçirdim (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?
İrandan Azərbaycana 10 kq narkotik keçirmək istədilər