İki nəhəng asteroid sentyabrın 14-də Yerə yaxınlaşacaq.
"RİA Novosti" xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Məlumata əsasən, 2000QW7 adı verilmiş asteroidlərdən birinin diametri 290-650 metr arasında dəyişir. O, Yerə 5,3 milyon kilometr məsafəyədək yaxınlaşacaq.
Həmin gün 2010CO1 asteroidi də Yerə eyni məsafə qədər yaxın olacaq. Onun diametri isə 120-260 metr təşkil edəcək.
Oxu24.com
ŞƏRHLƏR