Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16562
az

Dünya əhalisinin dörddəbir hissəsi... - ŞOK STATİSTİKA

10:1308 Avqust, 2019
939
DÜNYA
  • A
Dünya əhalisinin təqribən dörddəbir hissəsi su qıtlığının yüksək həddə çatdığı 17 ölkədə yaşayır.

Oxu24.com xəbər verir ki, bu barədə məlumatı Dünya Resursları İnstitutu (WRI) yayıb.

Su qıtlığından ən çox əziyyət çəkən ölkələr bunlardır: Qətər, İsrail, Livan, İran, İordaniya, Liviya, Küveyt, Səudiyyə Ərəbistanı, Eritreya, BƏƏ, San-Marino, Bəhreyn, Hindistan, Pakistan, Türkmənistan, Oman və Botsvana. Bu ölkələr Yaxın Şərqdə və Şimali Afrikada yerləşir.

Bu siyahıda 13-cü yeri tutan Hindistanın əhalisi qalan 16 ölkənin hamısının əhalisindən 3 dəfə çoxdur.

Dünya Resursları İnstitutunun məlumatında deyilir: "Su qıtlığından daha çox əziyyət çəkən 17 ölkədə kənd təsərrüfatı və sənaye sahələri, habelə bələdiyyələr istifadədə olan səth və yeraltı suların ildə orta hesabla 80 faizini istehlak edir".

WRI-nın baş direktoru Endrü Stir deyib: "Su qıtlığı ən böyük böhrandır. Onun barəsində heç kəs danışmaq istəmir. Su qıtlığının nəticələri ərzaq çatışmazlığı, münaqişə və miqrasiyalar, habelə maliyyə sabitliyinin pozulması şəklində təzahür edir".

Hətta su qıtlığının aşağı olduğu ölkələrdə də qaynar nöqtələr var. ABŞ-ın bu siyahıda 71-ci yeri tutmasına baxmayaraq, Nyu-Meksiko ştatı BƏƏ ilə eyni səviyyədə su qıtlığı ilə üzləşir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran hicabdan imtina edən qadınları belə "MÜALİCƏ" EDƏCƏK
İran onları edam cəzasına məhkum etdi
Bayden və Şolts görüşü - Daha böyük fəlakətə yol açmamaq üçün...

Pentaqonun UFO Ofisi bir ildə 700-dən çox hesabat aldı - The Hill

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Oğlu öldürülən anaya verilişə çıxdığına görə- Xəbərdarlıq