41 yaşlı Ukrayna Prezidenti uzun müddətdir idman zalında məşq edir, bədən formasını saxlamaq üçün çalışır.
Oxu24.com medicina.az-a istinadən bu gün ən reytinqli rəhbərlərdən hesab olunan Vladimir Zelenskinin sağlamlıq sirlərini təqdim edir.
Prezidentin və həyat yoldaşının fitnes treneri Vadim Danilçenkodur. Digər 2 trener isə üzgüçülük və tay boksu üzrə prezidenti məşq etdirir.
Həftədə 5 dəfə idman zalında olan Zelenskiy səhər tezdən və ya axşam 2 saat məşq edir. İdman zalı elə iş yerində yerləşir.
Məşqçi bildirir ki, hətta ən gərgin seçkilər ərəfəsində belə Zelenski idmanı unutmurdu.
Sevimli məşqi - ştanq və jimdir. Düzdür bu məşğələ döş qəfəsi əzələlərinin tonusunu artırır, amma prezident proqramında o həftədə cəmi 1 dəfə yol verilir.
Sevmədiyi isə - ayaq əzələlərinin super setidir.
Prezident idmanla əzələ yığmaq yox, yüksək enerji və gümrahlıq qazanmaq istəyir.
Düzgün qidalanma
-Zelenskinin rasionu sutkalıq kaloriy itkisinə uyğun dəqiq hesablanır.
- Süfrədən doymadan əl çəkir, yəni çox tox olmaq olmaz.
- Səhər daha çox kalori, axşam isə ən az. Ən güclü yemək səhər idmanından sonra olur
- Su balansı ciddi qorunur. Günə 2 litr təmiz su içir
- Mənfi cəhəti: alkoqoldan imtina edə bilməməsidir. Treneri arada 1-2 qədəh quru şərab içməyi qadağan etmir.
- Zelenskinin yuxu ilə arası yoxdur. 5-6 saat yata bilir. Oxu24.com
ŞƏRHLƏR