Həkimlər smartfonlardan tez-tez istifadənin insan həyatına mənfi təsir göstərə biləcəyinə əminliklərini bildiriblər.
Oxu24.com ted.az-a istinadən bildirir ki, bu cür qurğuların yaradılması ilk zaman insanların işinin yüngülləşdirməsi məqsədi güdürdü, lakin faktiki olaraq, qacetlər həyata böyük ziyan vurur. Bu, onunla bağlıdır ki, bir çox insan öz vaxtına laqeydlik göstərir və gündəlik, təxminən, 7 saat portativ qurğunun arxasında vaxt keçirir. Beləliklə, vaxtın faydalı hissəsi heç bir fayda gətirməyən faydasız əşyalara sərf olunur.
Həmçinin alimlər müəyyən ediblər ki, smartfonlardan həddindən artıq istifadə yaddaşa, diqqətə təsir edir və həmçinin yuxunun pis olmasına gətirib çıxarır. Bundan başqa, mütəxəssislər vacib səbəb olmasa, müasir qacetlərdən istifadəni mümkün qədər məhdudlaşdırmağı məsləhət görüblər. Oxu24.com
ŞƏRHLƏR