Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16167
az

“...Ukrayna-Rusiya münasibətləri gərgin olaraq qalacaq”

18:0926 İyul, 2019
1142
SİYASƏT
  • A
 
“Ukrayna seçiciləri Qərbyönümlü siyasi kursa səs verdilər. Yaxın gələcəkdə Ukrayna-Rusiya münasibətləri gərgin olaraq qalacaq”.

Bunu “Sherg.az”a açıqlamasında politoloq Azər Rəşidoğlu deyib.

Analitik bildirib ki, Ukraynanın Qərbyönümlü siyasəti Rusiyanın maraqlarına ziddir, Rusiya bunu qəbul edə bilmir:
“Rusiya postsovet ölkələrini öz təsir dairəsinə daxil olan məkan hesab edir. Burada hər hansı birtərəfli Qərbyönümlü siyasətə qarşı müxtəlif sferalarda sərt addımlar atmaqdan çəkinmir. Yaxın gələcəkdə böyük ehtimalla Ukrayna-Rusiya münasibətlərində ziddiyyətlərin daha da dərinləşəcəyini görəcəyik. Qərb isə öz növbəsində bu vəziyyətdən yararlanmağa çalışacaq”.

Analitikin sözlərinə görə, Ukrayna Qərbyönümlü siyasətini davam etdirəcək:

“Seçkidə qalib gələnlər Avropaya inteqrasiyanın kontekstini tam başa düşür. Lakin Kiyev Moskva amilini də nəzərə almaya bilməz. Ukrayna və Rusiya birgə hava və səma sənayeləri, maşınqayırma, gəmiqayırma, metallurgiya sənayesi, qlobal bazarda üçüncülüyə nəzarət etmək və s. sahələrdə əməkdaşlıq edirlər. Ancaq Kreml Ukraynanın NATO üzvlüyü ilə bağlı mövqeyini qəbul etmir. Moskva Polşa məsələsində olduğu kimi Ukraynanın hərbi alyans üzvlüyünə müxalifliyindən əl çəkməlidir. Ukraynanın istiqaməti NATO-ya doğru davam edəcək”.

A.Rəşidoğlu bildirib ki, başlıca məsələ Ukrayna vətəndaşları ilə alyansın üstünlükləri barədə müzakirələr aparmaqdır:

“Ukrayna Rusiyaya bir neçə səbəbdən lazımdır. Kremlin əlində təzyiq vasitələri var. Bunlardan biri təbii qazın nəqli məsələsidir. Lakin son seçki göstərdi ki, Ukrayna xalqı qəti seçimini edib. Bu seçim Moskvanı daha da qıcıqlandıra bilər”.

Qeyd edək ki, Ukraynanın Mərkəzi Seçki Komissiyası protokolların 100 faizinin sayıldığını açıqlayıb. Nəticələrə əsasən, prezident Vladimir Zelenskinin Xalqın Xidmətçisi Partiyası 43 faiz səs toplayıb. İkinci pillədə 13 faiz səslə Yuri Boykonun “Həyat Uğrunda Müxalif” Platforması, üçüncü sırada isə 8 faizlə Yuliya Timoşenkonun Batkivşinası yer alıb. Eks-prezident Pyotr Poroşenkonun Avropa Həmrəyliyi Partiyası isə Timoşenkodan daha az səs yığıb. Yəni növbədənkənar seçkilərdə Ukrayna vətəndaşları prezidentin namizədlərini dəstəkləyiblər. Seçicilər Xalqın Xidmətçisi Partiyasına səs verməklə dövlət başçısının aparacağı siyasi kursu müdafiə etdiklərini ortaya qoyublar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp Ağ Evdə Baydenlə görüşdü: Razılıq əldə olundu-Fotolar
Yeni nazir ELAN ETDİ -HƏMAS və "Hizbullah" məğlub edildi
Olaf Şolts Prezident İlham Əliyevə zəng etdi

Pentaqonun UFO Ofisi bir ildə 700-dən çox hesabat aldı - The Hill

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Oğlu öldürülən anaya verilişə çıxdığına görə- Xəbərdarlıq