Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16141
az

Ölənlərimiz üçün oxunması faydalı olan surələr

20:3725 İyul, 2019
715
CƏMİYYƏT
  • A
Bir müsəlman ölən zaman ona qüsl verilib kəfənlənməsi və basdırılması başqaları üçün vacib olar. Ancaq bəzi əməllər vardır ki, onları yerinə yetirmək ölü üçün müstəhəbdir: sədəqə vermək, dua etmək və Quran oxumaq kimi. (Tebyan)

Oxu24.com deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Qəbirlərdə yatan ölülərinizi yaddan çıxartmayın. Ölüləriniz sizdən ehsan ümidindədir. Ölüləriniz məhbusdur və sizin yaxşı işlərinizə rəğbət bəsləyirlər. Onlar bir işi görmək qüdrətinə malik deyildirlər. Siz onlara sədəqə və duanı hədiyyə edin".

İmam Sadiq (ə) buyurur: "Ölən insan ona görə istənilən bağışlanmaya görə sevinər. Necə ki, diri ona verilən hədiyyəyə görə sevinər".

İmam Rza (ə) buyurur: "Hər kim möminin qəbrini ziyarət edər, onun yanında yeddi dəfə "Qədr" surəsini oxusa, Allah onu qəbir sahibi ilə bir yerdə bağışlayar".

Beləliklə deyə bilərik ki, qəbir əhlinin bizim dualarımıza və qiraətimizə ehtiyacı vardır. İmam Sadiq (ə) buyurur: "Necə ki, dirilər hədiyyə ilə şad olarlar, qəbir əhli və bərzəxlilər də onlara görə edilən istiğfara görə sevinərlər".

Hədislər buyurur ki, insan can verən zaman bu surələri oxumaq fəzilətlidir: "Yasin", "Saffat", "Əhzab", "Ayətül-kürsü", "Əraf" surəsinin 54-cü ayəsini, "Bəqərə" surəsinin son üç ayəsini.

İmam Sadiq (ə) buyurur: "Meyitin qəbrinin başında "Mülk" surəsi oxunsun ki, qəbir əzabının dəf olmasına səbəb olsun".

Ölənlər üçün oxunması faydalı olan surələr: ""Fatihə" , "Yasin", "Saffat", "Mülk", "Əhzab", "Ayətül-kürsü", yeddi dəfə "Qədr" surəsi. Bu surələri oxuyub savabını ölənlərə hədiyyə etmək olar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fərid Əhmədov daha bir hakimə yüksək vəzifə verdi
Bakının 4 rayonunda qaz olmayacaq
Sian şəhərindən Bakıya yeni qatar marşrutu istifadəyə verildi

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı