Hindistanın Ambikapur şəhərində zibil kafesi açılıb. Oraya gələnlər plastik zibilləri yeməyə dəyişə biləcəklər.
Vesti.ru saytının yaydığı xəbərə görə, bu kafedə nahar eləmək üçün bir kiloqram plastik tullantı vermək yetərlidir, səhər yeməyi isə yarım kiloqram plastik qaba başa gəlir.
Yerli hakimiyyətin fikrincə, bu üsulla həm şəhərdəki zibil, həm də aclıq problemini həll etmək mümkündür. Dünyada artıq bu təcrübədən yararlanan ölkələr var.
Zibil kafesi ideyasını ölkədə küçə və yolların təmizlənməsi ilə məşğul olan “Swach Bharat” şirkəti irəli sürüb.
Artıq Hindistanda plastik tullantılardan istifadə etməklə bir neçə avtomagistral da qurulub. Bildirilir ki, belə yol örtüyü keyfiyyətinə görə asfaltdan daha uzunömürlüdür. Oxu24.com
ŞƏRHLƏR