İranın Hörmüzgan vilayətində rixter cədvəli üzrə 4,9 bal gücündə zəlzələ baş verib.
Oxu24.com Anadolu agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Kong bölgəsində yerin 13 kilometr dərinliyində yerləşib. Bölgəyə xilasedicilər cəlb edilib.
Tələfat və dağıntı barədə hələki məlumat yoxdur. Qeyd edək ki, son 3 həftə ərzində İranda təsiri 4 baldan çox olan bir neçə zəlzələ baş verib. Fəsadlar əmələ gəlib.
Oxu24.com
ŞƏRHLƏR