Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15952
az

Bu qidalar dişləri və diş ətini qoruyur

21:3320 İyul, 2019
1155
CƏMİYYƏT
  • A
Ağız və diş sağlamlığı üçün gigiyena qaydalarına riayət etməklə yanaşı, qəbul edilən qidalar və içkilər də önəmlidir.

Oxu24.com e-tibb.az-a istinadən bildirir ki, dişləri və diş ətini qorumaq üçün qəbul edilən qidalara diqqət etmək vacibdir. Nəzərə almaq lazımdır ki, qidalar ilk növbədə dişlərlə təmasda olur və birinci onlara təsir edir.

Bəs hansı qidalar və içkilər dişlərə faydalıdır?

Bu sırada birinci süd və süd məhsulları gəlir. Süd, qatıq, pendir, kəsmik diş və diş sağlamlığı üçün əvəzolunmaz sayılır. Bu qidalar kalsium və fosfatla zəngin olduğuna görə dişləri qoruyur, çürümənin qarşısını alır.

Meyvə və tərəvəzlər isə tərkiblərindəki minerallar və vitaminlər sayəsində dişləri qoruyur. Diş əti üçün isə daha çox nar və C vitamini ilə zəngin olan portağal, naringi, çiyələk qəbul etmək faydalı sayılır.

Dişlərin sağlamlığı və onların ağ qalması üçün banan və onun qabığı ən yaxşı təbii vasitədir. Amma şəkərlə çox zəngin olduğuna görə, çox istifadə etmək yolverilməz hesab olunur.

Quru üzüm haqqında da eyni fikirlər keçərlidir.

Yaşıl çay, digər bitki çayları, eləcə də cəfəri antibakterial maddələr və andioksandantlarla zəngin olduqlarına görə, diş və diş ətinin qorunmasında mühüm rola malikdir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Barcelona"nın prezidenti Bakıda XALÇA TOXUDU -ANBAAN VİDEO
Bəzi fermerlərə əlavə SUBSİDİYALAR VERİLƏCƏK
Xalq artistinin oğlu vəfat etdi -FOTO

Pentaqonun UFO Ofisi bir ildə 700-dən çox hesabat aldı - The Hill

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Çində məktəbdə bıçaqlı hücum -8 ölü, 17 yaralı / VİDEO