ABŞ körfəzdə hərbi əməliyyatlara hazırlaşır.
Oxu24.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilir ki, Yaxın Şərqdə dəniz yollarını təhlükəsizlik şəraitdə saxlamaq məqsədilə "Sentinel” (Növbəçi) adlı hərbi əməliyyatlar keçirilir.
Komandanlıqdan verilən açıqlamada qeyd olunub ki, CENTCOM körfəz bölgəsində baş verən son hadisələrə görə gəmilərin sərbəstliyini təmin etmək üçün Yaxın Şərqdə açar bölgə olan dəniz yollarında nəzarət və etibarlılığı gücləndirmək məsqədilə "Sentinel” beynəlxalq dəniz əməliyyatları üzərində çalışır.
Əməliyyatın digər məqsədi dənizdə sabitliyin təşviq olunması, Bəsrə, Hörmüz və Oman körfəzləri, Bab-Əl-Məndəb boğazı boyunca beynəlxalq sularda təhlükəsiz keçidlərin təmin edilməsi və gərginliyin azaldılmasıdır. Oxu24.com
ŞƏRHLƏR