Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov pomidorun qiymətinin ucuzlaşacağını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, o qeyd edib ki, indiyədək məhsul yığılan sahələrin əksəriyyəti istixana üsulu ilə əkin aparılmış sahələrdir:
“Hava şəraiti ilə əlaqədar açıq sahə məhsulunun yetişməsi gecikir. Havaların əlverişsiz keçməsi məhsul yetişən açıq sahələrdən yığımı çətinləşdirir, nəticədə bazara məhsul təklifi azalır. Yağıntıların azalması məhsulun kütləvi yığımına şərait yaratmaqla, açıq sahə məhsulunun bazara çıxarılmasını sürətləndirəcək, nəticə etibarilə qısa müddətdə qiymətlərin nəzərəçarpacaq dərəcədə ucuzlaşacağı gözlənilir.
Bu cür hallara əvvəlki illərdə də rast gəlinib. Məsələn, 2017-ci ildə hava şəraitindən asılı olaraq, pomidorun yetişmə fazası gec başlamış, hava şəraitinin normalllaşması ilə qısa müddətdə təklif artmış və qiymətlər ciddi şəkildə aşağı düşmüşdü”.
Oxu24.com
ŞƏRHLƏR