Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12748
az

"Akula Akif" azadlığa buraxıldı

14:4304 May, 2019
1006
KRİMİNAL
  • A
 
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi, mayor Akif Əliyev azadlığa buraxılıb.

oxu24.com  "Report"a istinadən xəbər verir ki, ötən ay Ali Məhkəmənin qərarı ilə A.Əliyevin 5 il azadlıqdan məhrumetmə cəza 3 il 6 aya endirib.

Bu gün isə onun cəzası başa çatıb və 3 saylı İstintaq Təcridxanasından azadlığa çıxıb.

Qeyd edək ki, A.Əliyev 2015-ci ildə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov və keçmiş şöbə rəisi Orxan Osmanovla birgə həbs edilib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə A.Çovdarov 12 il, S.Məmmədov 11 il, A.Əliyev 5 il, O.Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayətləri təmin etməyib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha bir ÜZÜCÜ XƏBƏR: 17 yaşlı Səidi tapmaq olmur
Ər-arvad 5 gün ara ilə intihara cəhd etdi - Qadın öldü
Qaxda avtomobillər toqquşdu, xəsarət alanlar var

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ