Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12745
az

\"Atəş açılmazdan əvvəl qatillə qurban arasında söhbət olub\" - Alnından vurulan \"nadzor\"un qətlində ŞOK

13:1804 May, 2019
6095
  • A
 
Şəmkir rayonunda güllələnmiş 29 yaşlı Kəramət Məmmədli Penitensiar Xidmətin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasının əməkdaşı olub.

Bu haqda Oxu24.com -a Şəmkir Rayon Prokurorluğundan məlumat verilib.

Xatırladaq ki, hadisə mayın 1-də günorta saatlarında Bayramlı kəndində baş verib.

Qətlin üzərindən üç gün keçsə də, müstəntiqlər hadisə şahidinin olmadığına görə, qatilin izinə çıxmaqda və şəxsiyyətini müəyyən etməkdə çətinlik çəkir.

Məlumata görə, Məmmədli öz evində kiçikkalibrli tüfənglə (5,6 mm) öldürülüb. Güllə yaxın məsafədən (təxminən 1 metr) alın nahiyəsinə tuş gəlib.

Kriminalistlər hər hansı müqavimət izləri aşkarlamayıb. Ehtimala görə, atəş açılmazdan əvvəl qatillə qurban arasında söhbət olub.

Onların bir-birini tanıdığı güman edilir. Qatil hadisəni törətdikdən sonra izsiz şəkildə yoxa çıxıb. K.Məmmədlinin meyitini valideynləri tapıb. Məmmədlinin evindən heç bir qiymətli əşyanın oğurlanmadığından, müstəntiqlər tamah məqsədilə qətl versiyasını istisna edir.

Kəramət Məmmədli Beynəlxalq Bankın rayon filialının keçmiş rəhbərinin (hazırda təqaüdə çıxıb) oğlu olub. İki ilə əvvəl boşanıb.

Cinayətin motivləri hələ aydın deyil. Qətlin qurbanın peşə fəaliyyəti ilə əlaqəli olduğu istisna edilmir. Cinayətin törədildiyi ünvanın yaxın çevrəsində müşahidə kameralarının olmaması müstəntiqlərin işini daha da çətinləşdirir.

Faktla bağlı istintaq davam edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
Ermənipərəst keçmiş senatora 11 il həbs cəzası verildi