"Facebook" irqçi mövqedə olan və ya etnik və dini qruplara qarşı nifrət yayan hesabların bağlanacağı barədə qərarı ilə bağlı yazılı açıqlama verib.
Oxu24.com Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, sosial şəbəkə "zorakılığa və nifrətə yönələn və ya təşviq edən fərd və təşkilatların hesablarını təhlükə kəsb etdiyi üçün hər zaman qadağan edirik" açıqlamasını verib.
Bağlanan hesabların içərisində sui-qəsd nəzəriyyələri ilə tanınan amerikalı internet və radio proqramçısı Aleks Consa, ABŞ-da həddindən artıq sağçı Milo Yiannopoulos və Laura Loomerə, "İslam milləti" adlı qara hərəkatın lideri Louis Farrakhana məxsus hesabların da olduğu qeyd edilib.
Digər tərəfdən, "Facebook" tərəfindən hesabların bağlanması qərarı insan haqları təşkilatları və fəalları tərəfindən məmnuniyyətlə qarşılanıb.
Bəzi hesabların sosial media üzərindən zorakılıq və nifrət yaydığına diqqət çəkən insan haqları təşkilatları uzun zamandır "Facebook" başda olmaq üzrə bütün sosial media platformalarına lazımi tədbirlərin görülməsi çağırışını edirdi. Oxu24.com
ŞƏRHLƏR