Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12276
az

Rusiya yeni müharibənin nəticəsini ELAN ETDİ

21:3522 Aprel, 2019
813
  • A
 ABŞ-ın Venesuelaya qarşı planlaşdırdığı hərbi əməliyyat Vaşinqtonun xeyrinə olmayacaq, çünki, qanuni seçilmiş prezident Nikolas Maduro venesuelalıları birləşdirəcək və Latın Amerikası ölkələrini ABŞ-a qarşı kökləyəcək.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin bildirib.
Fomin qeyd edib ki, Venesuelada vəziyyət çox mürəkkəb olmaqda davam edir.
Qeyd edək ki, müxalifət lideri Xuan Quaydo yanvarda özünü Venesuelanın müvəqqəti prezidenti elan edib. Bundan dərhal sonra ABŞ, Kanada, Latın Amerikası ölkələrinin əksəriyyəti, bəzi Avropa İttifaqı ölkələri və başqa dövlətlər rəsmən onu müvəqqəti prezident kimi tanıyıblar.
Venesuela prezidenti Nikolas Maduronu Rusiya, Meksika, Kuba, Boliviya və Türkiyə dəstəkləyir
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkədə ovçular snayper kimi hazırlanacaqlar
FTX-dən ƏMƏLİYAT: gənc terrorçuların evindən görün nələr çıxdı
Dubayda dünyanın ən böyük hava limanı tikiləcək