Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11914
az

Uşaqların bacarıqlarına mane olan 5 valideyn xətası

23:1312 Aprel, 2019
894
CƏMİYYƏT
  • A
Valideynlər uşaqları tərbiyə edəndə bir çox səhvlərə yol verir. Xüsusən erkən yaşlarda uşaqların özünə əminliyini artırmaq, şəxsi həyatlarında bacarıqlı olması istiqamətinə  yönəltməkdə valideynlərin çiyinlərinə böyük yük düşür. Bu aspektdən edilən yalnışlıqları Milli.Az medicina.az-a istinadən təqdim edir.

Davamlı tərif usagı "gopçu" edir

Əgər uşaqlarınızı davamlı olaraq yerli-yersiz  tərif yağışına tutursunuzsa bu, ilk səhvdir. Bu vəziyyət uşaqlarınızın özlərini xüsusi hiss etməsinə səbəb olur.  Aparılan araşdırmalar onu göstərir ki, mübaliğə edib uşağa yalan tərif etsəniz, bu onun psixologiyasına mənfi təsir edir.
 
Belə uşaqlar çətin vəziyyətlərdən çıxmaq çün hər zaman bəhanələrə sığnarlar. Valideynlərə hətta yalan danışmağa çalışarlar. Hiylə etməyi və hər stiuasiyanı danışarkən şişirtməyə meyilli olurlar.

Uşaqlar kömək olunmadan da nəsə bacarmalıdırlar.

Valideynlər körpələrini böyüdərkən uşaqlara kömək məqsədilə daim müdaxilə edirlər. Bu vəziyyətlə onların problemlərini həll etmiş olduğunuzu düşünürsünüz. Lakin bu heç də belə deyil. Hər  dəfə problemlə qarşılaşanda kimdənsə yardım umacaq. Mütəxəssislər israrla bildirirlər ki, uşaqlarınıza düzgün həyat tərzi üçün öz ayaqlarının üstündə durmağı öyrədin. Onlara həmişə hər yerdə kimlərsə kömək etməli deyil.

Keçmiş səhvləri barədə onlara məlumat verməyin!

Sağlam düşüncəli uşaqlar özləri nələrisə bacarmaq, tək başına nələrəsə nail olmaq istəyirlər. Hər zaman bunu sınamağa ehtiyac duyarlar. Valideynlərin etməli olduğu iş isə onlara düzgün istiqamət verməkdir. Onların yaşında olanda etdiyiniz səhvləri övladlarınızla bölüşərək daha yaxşı qərar verməsinə kömək ola bilərsiniz. Lakin durmadan onların səhvlərini üzlərinə vurmayın.

Verilən nəsihətləri valideynlər tətbiq etmir

Valideyn olaraq övladlarınızın yaşamaq istədiyi həyatı formalaşdırmaq sizin məsuliyyətinizdədir. Cəmiyyətdə etik qaydalara riayət edin. Əgər hər hansı boşluq olsa əmin olun ki, bundan uşağınız da təsirlənəcək. Başqalarına qarşı ən xırda etik qaydalara da həssaslıqla yanaşın. Xeyriyyəçiliyin nə demək olduğunu onlara izah edin. Unutmayın, nə etsəniz uşağınız da onu modelləşdirəcək.

Zəkanı, bacarıqlı olmağı yetkinliklə qarışdırmayaq

Zəkalı olmaq uşaqların üstünlüyüdür. Lakin valideynlər bunu əksərən yetkinlik ölçüsü kimi qiymətləndirirlər. Elə bilirlər ki, uşaq artıq dünyanın hər bir çətinliyinə hazırdır. Əlbətdə ki, bu düşüncə tərzi tamami ilə yalnışdır. Uşağınızın bacarıqlı olmağı onun hər sahədə təcrübəli olmağına dəlalət etmir.

Başqa uşaqların ondan daha bacarıqlı olduğunu daima dilə gətirsəniz, siz onun müstəqilliyini əlindən almış olursunuz. Şüuraltı olaraq o həmişə özünün bir pillə geri qaldığını və zəif olduğunu proqramlaşdıracaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hacıqabulda 42 yaşlı kişini ilan sancdı
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutuldu
Mineral sular həqiqətən faydalıdır? - ARAŞDIRMA

Yaponiyada yolların binaların içərisindən keçdiyi şəhər — VİDEO

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Xoşqədəm Hidayətqızı: O gecəni səhərə qədər ağlayaraq keçirdim (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?
Dələduzluq edən 2 nəfər saxlanıldı