Qarabağda, qoşunların təmas xəttinin Füzuli rayonu istiqamətində Azərbaycan ordusunun əsgəri mina partlayışı nəticəsində şəhid olub.
Oxu24.com -un məlumatına görə,
haqqin.az saytın yaydığı məlumata görə, bu barədə informasiya sosial şəbəkələrdə, o cümlədən “Vkontakte” sosial şəbəkəsindəki “Hərbi xəbərlər” qrupunda yayılıb.
Məlumata əsasən 12.04.2018-ci il tarixində Hərbi Xidmətə çağrılan 07.04.2000 təvəllüdlü Cəlilabad rayon Musalı kənd sakini (Həmin rayondan hərbi xidmətə çağırılıb) Mayılzadə Məhərrəm Qafar oğlu ötən gün aprelin 11-də N saylı hərbi hissədə xidmət aparan zaman şəhid olub.
Faktı Musalı kənd inzibati ərazi dairəsinin tabe olduğu Ləkin kənd bələdiyyəsinin sədri Asif Quliyev təsdiqləyib.
O, bildirib ki, Qafar Mayılzadə hərbi hissədə xidmət aparan zaman minaya düşüb. Məlumata görə cəbhədən kəndin inzibati ərazi vahidi üzrə nümayəndəsinin müvaininə zəng edilərək şəhidin nəşinin bu gün günorta saatlarında Cəlilabad rayonuna gətiriləcəyi bildirilib.
Oxu24.com
ŞƏRHLƏR