Mövsümün qaynar trendi qarderobunuza mütləq kök salmalıdır.
Oxu24.com xəbər verir ki, qışda tez ləkələndiyi üçün ağ ayaqqabı və çantaları kədərlə bir küncə atırıq. Yaz mövsümü isə imkan verir ki, uzun müddət qarderobda “işsiz-gücsüz” qalan ağ geyim və aksessuarlardan doyunca istifadə edək. Odur ki, "təravətləndirici" aksessuarı xatırlamaq zamanıdır.
Dizaynerlərin sözlərinə görə, ağın bütün çalarları bu yazın ən uğurlu aksessuarı olacaq. Dünyanın bir çox lüks və demokratik moda evləri ağ çantalar təklif edir. Bu baxımdan dizaynların çeşidləri də olduqca fərqli və orijinaldır.
Əgər 2017-ci ildə podiumları ağ dəri botları zəbt etmişdisə, indi 1960-cı illərin müxtəlif ölçülü ağ çantaları trend zirvəsini fəth etmək üzrədir. Xüsusilə “Balenciaga” brendinin futuristik, “Chanel”in isə miniatür ağ çantaları modapərəstlərin böyük diqqətini çəkib.
Yadda saxlayın ki, bəyaz çantalar açıq və eyi rəngli ayaqqabılarla daha mükəmməl təsir bağışlayır.
Oxu24.com
ŞƏRHLƏR