Azərbaycanda taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 6 mini keçib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, təlim keçən sürücülərin sayı isə 23 mini ötüb.
Xatırladaq ki, bu il martın 28-də Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib. Tələbə əsasən, sürücülər taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) almalıdır.
Oxu24.com
ŞƏRHLƏR