Rusiyaya dost olan bir sıra ölkələrin “sülh forumu”nun yekun sənədini dəstəkləməsi Rusiya Federasiyası ilə münasibətləri korlamayacaq.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Xeyr, korlamayacaq. Biz əlbəttə ki, bu ölkələrin tutduğu mövqeni nəzərə alacağıq. Bu bizim üçün vacibdir. Biz əsaslandırmamızı aydınlaşdırmaqda davam edəcəyik”, - deyə Kremlin sözçüsü Rusiyanın dostluq əlaqələri saxladığı ölkələr, məsələn, Macarıstan, Serbiya və Türkiyənin İsveçrədə keçirilən “sülh sammiti”nin yekun bəyannaməsini dəstəkləməsi ilə bağlı sualı cavablandırıb.
Oxu24.com
ŞƏRHLƏR