İsrail Müdafiə Ordusu (SAXAL) HƏMAS tamamilə məhv edilməyənə qədər Rəfahda hərbi əməliyyatları davam etdirəcək.
Oxu24.com xəbər verir ki, bu barədə SAXAL-ın Cənub Komandanlığının rəhbəri general-mayor Yaron Finkelman bildirib.
O qeyd edib ki, vəzifəmiz irəliləməyə davam etməkdir.
"Biz onları darmadağın edənə qədər əməliyyatları davam etdirəcəyik", - israilli general vurğulayıb.
Xatırladaq ki, ötən gün İsrail ordusu humanitar məqsədləri əsas tutaraq anklav ərazisində döyüş əməliyyatlarına lokal taktiki pauzanın tətbiq edildiyini açıqlamışdı.
Oxu24.com
ŞƏRHLƏR