Latviyanın paytaxtı Riqada rus dilinə görə qalmaqal yaranıb. İctimai nəqliyyatda sərnişin onunla latışca danışmaqdan imtina edən sürücünün saçını yolub.
Bizimyol.info xəbər verir ki, sərnişin sürücüdən söz soruşanda ikinci ona rusca cavab verib. Qadınlar arasında qalmaqal da bundan sonra başlayıb. Sərnişin sürücünün saçına əl atıb. Övladı ilə yol gedən qadın özünə haqq qazandırmağa çalışır: “Mənim üç yaşlı uşağım onun dediklərini başa düşmürdü. Mübahisədən sonra o, istədiyim dayanacaqda saxlamadı. Mən qışqırırdım ki, bizi düşürsün. Məcbur qalıb saçlarından yapışdım. Bundan sonra bizi tanımadığım yerdə avtobusdan buraxdı”.
Sürücünün işlədiyi Dauqava avtobus parkı əhvalatın bu versiyasını qəbul etmir. Onların fikrincə, sürücü rusca danışa bilməzdi, çünki latışca ünsiyyət üçün xüsusi kurs keçib. Avtobusu başqa dayanacaqda tərk etmək isə sərnişinin günahıdır. Çünki lazımi dayanacaqda hazırlıqsız olub.
Kimin haqlı olmasını müəyyənləşdirmək üçün ortada kamera görüntüləri yoxdur. Amma Latviya Dövlət Dil Mərkəzinin əməkdaşları istənilən halda araşdırma aparmaq fikrindədir. Sürücünün günahkar olduğu müəyyənləşsə, onu 280 avroya qədər cərimə gözləyir.
Oxu24.com
ŞƏRHLƏR