Ölkənin birinci bankı Kapital Bank-ın baş sponsorluğu ilə Naxçıvan Dövlət Universitetində (NDU) keçirilən “Cyber Bootcamp” düşərgəsi başa çatıb. Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunan düşərgədə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak edib.
3 gün davam edən düşərgədə iştirakçılara tanınmış mütəxəssislər tərəfindən “Kibertəhlükəsizlik mühəndisliyi”, “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi”, “Kibertəhlükəsizliyin hüquqi aspektləri”, “Cloud and cloud security”, “İT-ə gedən yol”, “Marketinqdə kibertəhlükəsizlik”, “Sənaye 4.0-da kibertəhlükəsizlik”, “Sosial platformalarda baş vermiş cinayətlər və təhlili”, “Veb proqramlaşdırma və kibertəhlükəsizlik” mövzularında təlimlər keçirilib.
Düşərgə müddətində tələbələr arasında simuliyasiyalar da keçirilib. Simuliyasiyanın qaliblərinə və iştirakçılarına hədiyyələr, eləcə də sertifikatlar təqdim edilib.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.
Oxu24.com
ŞƏRHLƏR