Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov bildirib ki, Taliban hərəkatı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPİEF) iştirakını təsdiqləyib.
Oxu24.com xəbər verir ki, bu barədə “Rossiya 24” məlumat yayıb.
Kabulov vurğulayıb ki, SPİEF-də Taliban hökumətinin Əmək Nazirliyinin rəhbəri və Ticarət və Sənaye Palatasının rəhbəri iştirak edəcək.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, “Taliban”ın terror təşkilatları siyahısından çıxarılması təşəbbüsü obyektiv reallığı əks etdirir.
Mayın 27-də Rusiya Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov bildirib ki, Rusiya xarici işlər və ədliyyə nazirlikləri Rusiya prezidenti Vladimir Putinə “Taliban”ın qadağan olunmuş təşkilatlar siyahısından çıxarıla biləcəyi barədə məlumat veriblər.
Taliban 15 avqust 2021-ci ildə Əfqanıstanda tam nəzarəti ələ keçirəcəklərini açıqlayıb.
Taliban ölkənin bütün böyük şəhərlərini və sərhəd keçid məntəqələrini ələ keçirib.
Ardınca yaraqlılar ölkədə tam qələbə qazandıqlarını elan edərək yeni hökumət qurublar.
31 avqust 2021-ci ildə Birləşmiş Ştatlar Əfqanıstandakı hərbi kontingentini tamamilə çıxararaq ölkədəki iyirmi illik hərbi missiyasını başa vurub.
Miri
Oxu24.com
ŞƏRHLƏR