Rusiya prezidenti Vladimir Putin mayın 26-27-də Özbəkistana səfər edəcək.
Oxu24.com xəbər verir ki,bunu Rusiya liderinin köməkçisi Yuri Uşakov deyib.
O, dövlət başçısının qonşu respublikaya səfərinin yekunlarına görə bir sıra birgə sənədlərin imzalanmasının nəzərdə tutulduğunu açıqlayıb.
Daha əvvəl Putinin növbəti səfəri barədə məlumat verilmişdi.
Mayın 23-ü axşam saatlarında Rusiya prezidenti Minskə gələcək. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, onun orada Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqları planlaşdırılır.
Miri
Oxu24.com
ŞƏRHLƏR