Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109729
az

Bəzi qurumlara ayrılmış pul bank hesablarında qalıb

15:4023 May, 2024
160
İQTİSADİYYAT
  • A

Dövlət büdcəsindən bəzi qurumlara ayrılan vəsaitlərin əhəmiyyətli hissəsi onların bank hesabında qalıb.

Oxu24.com xəbər verir ki, bu barədə “2023-cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilib.

Hesabatda bildirilib ki, dövlət əsaslı vəsait qoyuluşu barədə İcmal Hesabata əsasən, təxminən 600 mln. manatdan çox dövlət büdcəsinin vəsaiti bank hesablarında qalıb.

Bundan əlavə, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış və maliyyələşdirilmiş vəsait barədə qurumların məlumatlarının seçmə qaydada təhlili 280 mln. manatın bank hesabında qaldığını deməyə imkan verir. Əlavə olaraq, subsidiya, məqsədli maliyyələşmə və digər istiqamətli xərclərin (seçmə qaydada qurumlar tərəfindən təqdim edilən məlumatlar əsasında) 200 mln. manatdan çoxu istifadəsiz saxlanılıb.

Beləliklə, dövlət büdcəsinin icrasına daxil edilmiş minimum 1 mlrd. manatdan çox vəsait bank hesablarında istifadəsiz saxlanılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Deputat üzən məzənnə rejiminə  keçilməsini  təklif  edib
Nazir əməkhaqqının  artırılmasından  danışdı
Azərbaycanda “Apple”a ödəniş zamanı ƏDV hesablanmayacaq

Qulaqcıqlarla bağlı CİDDİ XƏBƏRDARLIQ -Geri dönməz dəyişikliklərə səbəb olur

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
“Dəfn pulu”    artırılır